Dünya xalqları ədalətliləri
From Wikipedia, the free encyclopedia
"Dünya xalqları ədalətliləri" və ya "Beynəlxalq ədalətlilər" (ivr. חסידי אומות העולם) — 1951-ci il "Holokost xatirəsi haqqında İsrail qanunu”na əsasən, Avropanın nasistlər tərəfindən işğalı zamanı və "Holokost” illərində öz həyatlarını təhlükəyə ataraq minlərlə yəhudini xilas etmiş qeyri-yəhudilərə verilən fəxri addır.
Dünya xalqları ədalətliləri | |
---|---|
חסידי אומות העולם | |
|
|
Ölkə | İsrail |
Tip | Diplom və medal |
Kimə verilir | Öz həyatlarını təhlükəyə ataraq yəhudiləri xilas etmiş qeyri-yəhudilərə. |
Təltif edir | |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 1963-cü il |
Təltif sayı | 26 119 nəfər |
yadvashem.org | |
Vikianbarda əlaqəli mediafayllar |
1963-cü ildən etibarən İsrail Ali Məhkəməsi hakiminin rəhbərlik etdiyi komissiya "Beynəlxalq ədalətlilər"in mükafatlandırılması vəzifəsini həyata keçirir. Bu ada layiq görülən şəxs, üzərində adının qeyd olunduğu medalla mükafatlandırılır, həmçinin, adı Qüdsdə yerləşən "Yad va-Şem" muzeyinin ərazisində yerləşən "Ədalətlilər bağçası”nın Şərəf Lövhəsində həkk olunur. Əgər həmin şəxs vəfat edibsə, onun yaxın qohumu bu adı ölən insanın xatirəsinə əldə etmək üçün dövlətə müraciət etməlidir.
Bu ada layiq görülən şəxslərin sırasında İsrail dövlətində yaşamağı seçənlərə orta əmək haqqı miqdarında təqaüd və sağlamlıq sığortası, həmçinin, ev və ehtiyac olan zaman tibbi dəstəklə də təmin olunur.[1] Faciə və qəhrəmanlıq İnstitutu "Yad va-Şem" 1 yanvar 2016-cı il tarixində 51 ölkədən 26.119 nəfər insanı "Dünya xalqlarının mömini" kimi təsdiq edib.[2]