Dünkerk uğrunda döyüş (fr. Bataille de Dunkerque) — İkinci Dünya müharibəsi dövründə müttəfiqlər və Almaniya qüvvələri arasında 26 may - 4 iyun 1940 tarixlərində Vermaxtın Fransanın işğalı zamanı baş vermiş döyüş. Qəribə müharibə bitdikdən sonra 1940-cı il may ayının 10-da Fransa uğrunda həqiqi döyüş başladı. Şimalda alman ordusunun «B» qrupu Niderlandı ələ keçirərək cənub-şərqə Belçikaya doğru irəlilədi. Almanların üç tank korpusu Ardenlər üzərindən hücuma keçərək şimal-qərb istiqamətində La-Manşa doğru çıxdılar. Lord Con Qortun komandanlığı altındakı Britaniya Ekspedisiya Qüvvələrinin hissələri, 16-cı korpusun bir hissəsi olan Fransa hərbi birləşmələri və Belçika qoşunlarının qalıqları Dünkerk şəhərinin ərazisində sıxışıb qaldılar. Bununla da Dünkerk ətrafında müttəfiq orduları ilə Üçüncü Reyx qoşunu arasında mayın 26-dan iyunun 4-ə qədər döyüş baş verdi.[16]
Cəld faktlar Tarix, Yeri ...
Bağla