From Wikipedia, the free encyclopedia
Dördüzvlü heterosikllər — ən azı bir heteroatom saxlayan dördüzvlü halqaya malik olan üzvi tsiklik birləşmələrdir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dördüzvlü heterotsikllərə təbiətdə üçüzvlü heterosikllərə nisbətən daha az rast gəlinir . Bu qrup heterotsiklik birləşmələr arasında ən mühümləri penisilin və sefalosporin antibiotiklərinin komponentləri kimi tətbiq tapmış β-laktamlardır. Əsas sintez üsulu tsiklobirləşmə reaksiyasıdır. Onlar litiumüzvi birləşmələr, bor triflorid və ya kupratların təsiri altında məhv olurlar. Dördüzvlü heterosikllər kiçik tsikl ölçüsü səbəbindən aromatik birləşmələrin xüsusiyyətlərinə malik deyildir. Əsas Nümayəndələri: Oksetan, dioksetan, Azetidin
Dördüzvlü heterosikllər:
Oksetan və azetidin üç üzvlü həmkarlarından əhəmiyyətli dərəcədə daha az reaktivdir (oksetan hidroksi-anion ilə oksirandan 103 dəfə yavaş reaksiya verir), lakin buna baxmayaraq, onlar oxşar halqa açma reaksiyalarına məruz qalırlar: məsələn, bor trifluoridin və ya kupratların iştirakında oksetan litium üzvi birləşmələrin reaktivləri ilə reaksiya daxil olur, azetidin halqasının açılması isə qatı xlorid turşusu ilə qızdırıldıqda baş verir:
Dördüzvlü sistemlər arasında ən mühümü penisilin və sefalosporin antibiotiklərində olan və onların bioloji aktivliyini təyin edən β-laktam tsiklidir . β-laktam halqası, karbonil karbon atomunda nükleofil hücuma nisbətən davamlı olan beş üzvlü analoqlardan (pirolidonlar) və ya asiklik amidlərdən tam fərqli olaraq, karbonil karbon atomuna hücumla çox asanlıqla parçalanır. β-laktonlar (propiolaktonlar) karbonil qrupunun karbon atomuna da asanlıqla hücum edir; məsələn, onlar xüsusilə asanlıqla hidroliz olunur, əlavə olaraq, bir çox nukleofillərin təsiri altında ikinci növ nukleofil hücuma məruz qalır, C(4) mövqeyində hücum nəticəsində karboksilatın SN2 ilə əvəzlənməsi müşahidə olunur . Aşağıdakı nümunə homoxiral laktonun istifadəsini göstərir:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.