Döblinq
Vyana rayonu / From Wikipedia, the free encyclopedia
Döblinq (alm. Döbling) — Avstriyanın paytaxtı Vyana şəhərinin 19-cu rayonu. O, mərkəzi rayonların şimal ucunda, Alzerqrund və Verinq rayonlarının şimalında yerləşir.[2] Çoxlu yaşayış binalarının yerləşdiyi Döblinq rayonunda sıx məskunlaşmış şəhər əraziləri var, həmçinin rayon Vyana meşələri ilə həmsərhəddir.[2][3] Qrintsin, Siverinq, Noyştift-am-Valde və Kasqraben kimi bahalı yaşayış məntəqələri və həm də bir çox Hoyriger restoranları burada yerləşir Bundan başqa burada bir neçə Gemayndebau yaşayış evlərinə rast gəlmək olar, onlar içərisində ən məşhuru Karl-Marks-Hof sayılır.
Cəld faktlar Ölkə, Şəhər ...
Döblinq | |
---|---|
Döbling | |
48°15′58″ şm. e. 16°19′23″ ş. u. | |
Ölkə | |
Şəhər | Vyana |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 247 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1190 |
Digər | |
wien.gv.at/bezirke/doebl… | |
Xəritəni göstər/gizlə
| |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Əlavə olaraq, Vyana Amerika Beynəlxalq Məktəbi, Lauder Biznes Məktəbi və Q19 alış-veriş mərkəzi burada yerləşir.