Cənubi Sendviç adaları
From Wikipedia, the free encyclopedia
Cənubi Sendviç adaları (ing. South Sandwich Islands) — Subantarktika qurşağında, Atlantik okeanın cənubunda yerləşən arxipelaq. Cənubi Georgiya adasından 570 km cənub-şərqdə yerləşir. Arxipelaq 11 vulkan məşəlli kiçik ada, çoxlu sayda adacıqlar və qayalıqlardan ibarətdir. Arxipelaq rayonunu bəzən Cənub okeanına aid edirlər. Skotia dənizinin şərq sərhəddi hesab edilir.
Cəld faktlar Ümumi məlumatlar, Adaların sayı ...
Cənubi Sendviç adaları | |
---|---|
ing. South Sandwich Islands | |
Ümumi məlumatlar | |
Adaların sayı | 11 |
Ən böyük adası | Monteqyo |
Ümumi sahəsi | 310 km² |
Hündür nöqtəsi | 1310 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
58°25′00″ c. e. 26°23′00″ q. u. | |
Ölkə | Cənubi Georgiya və Cənubi Sendviç adaları |
Akvatoriya | |
[[Fayl:|280px|Cənubi Sendviç adaları xəritədə]] Cənubi Sendviç adaları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
İnzibati cəhətdən Britaniya dəniz ərazilərinin Cənubi Georgiya və Cənubi Sendviç adaları ərazisinə daxil edilir. Folklend adaları və Cənubi Georgiya ilə birlikdə Argentina tərəfdən ərazi iddiası qaldırılmışdır. Argentina bölgəni öz ərazisi hesab edir.