From Wikipedia, the free encyclopedia
Cənaba sevgi ilə (ing. To Sir, With Love) – Qayana yazıçısı E. R. Braytvayt tərəfindən 1959-cu ildə yazılan yarı avtobioqrafik roman.
Roman 1950-ci illərin sonlarında Londonun şərqində ancaq varlı uşaqların təhsil aldıqları məktəbdə iş tapa bilən yoxsul ailədən çıxmış qaradərili müəllimin qarşılaşdığı çətinliklərdən bəhs edir. Həmin illərdə E. R. Braytvaytda Londonda belə məktəbdə təhsil almış və eyni problemlərlə qarşılaşmışdı.
Yazıçı, diplomat və müəllim olan Edvard Rikardo Braytvayt qaradərililərə qarşı bəslənilən münasibət və irqçilik haqqında yazdığı əsərlər ilə tanınmışıdır.
1959-cu ildə yazılmış bu roman əsasında 1967-ci ildə İngiltərədə Ceyms Klavel tərəfindən eyniadlı film çəkilmişdir. Filmin baş rolunda amerikalı Sidney Poytyer oynamışdır. Filmdə həmçinin Kristian Roberts, Suzi Kendal, Cudi Qiison və Lulu rol almışdılar. Lulunun həmin film üçün bəstələdiyi "To Sir, with Love" mahnısı həmin il ABŞ-də pop mahnıya çevrilmişdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.