Curoku Rakan İva (十六羅漢岩?, azərb. On altı rakan qayası)Yaponiyanın Yamaqata prefekturasının Yuza qəsəbəsində yerləşən abidə. Abidə vulkanik qayalıqda oyulmuş rakanların (buddizmdə nirvanaya çatmış şəxs) təsvirlərindən ibarətdir.

Thumb
Curoku Rakan İva.

Xüsusiyyətlər

Abidə Kayzen məbədindən olan zen buddist keşişi İşikava Kankay tərəfindən 1864–1868-ci illərdə hazırlanmışdır. Abidənin adı "16 rakan qayası" olsa da, əslində burada ümumilikdə 22 daş fiqur yerləşir: 16 rakanla yanaşı, Şakyamuni, Mancuşri, Fuqen və arvadı, AvalokiteşvaraŞarira fiqurları da abidəyə daxildir. Abidə dənizdə ölmüş balıqçıların xatirəsinə hazırlanmışdır. Bu abidədəki "mühafizəçilərin" okeana yelkən açan dənizçiləri qoruduğuna inanılır.[1]

Abidə "Yaponiyanın 100 balıqçılıq kəndi irsi yeri" siyahısına daxil edilmişdir. Hər il abidə üçün xatirə festivalı keçirilir və gecə fiqurlar işıqlandırılır.[2]

Qalereya

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.