Corc Floydun ölümü
From Wikipedia, the free encyclopedia
Corc Floydun ölümü — 25 may 2020-ci il tarixində Minneapolisdə xidmət edən ağ dərili polis işçisi Derek Chauvinin qandallı şəkildə yerə uzanan Afroamerikan Corc Floydun boyun nahiyəsinə ən azı 7 dəqiqə dizi ilə sıxaraq öldürməsi hadisəsidir. [7]
Cəld faktlar Tarix, Yeri ...
Corc Floydun ölümü | |
---|---|
Tarix | 25 may 2020 (3 il əvvəl) (2020-05-25) |
Yeri | Minneapolis, Minnesota, ABŞ |
Koordinatlar | 44°56′03″ şm. e. 93°15′45″ q. u. |
Səbəbi | polis şiddəti[1] |
İştirakçılar | Derek Şovin, Tomas Leyn, Tu Tao və C. Aleksandr Kuenq[2][3] |
Nəticəsi | |
Qurbanlar | |
Ölənlərin sayı | 1 (George Floyd) |
Zədəlilər |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Minnesotada yerləşən Minneapolis şəhərinin cənub məhəlləsində baş verən hadisəni, hadisə şahidləri öz mobil telefonları vasitəsilə videoya çəkdilər. George Floydun dəfələrlə "Nəfəs ala bilmirəm" dediyini göstərən video sosial mediya platformalarında paylaşıldı. Hadisəyə müdaxilə edən 4 polis məmuru işdən çıxardıldı.[8]