Con Kennedi
From Wikipedia, the free encyclopedia
Con Fitscerald Kennedi (ing. John Fitzgerald Kennedy; 29 may 1917[6][7][…] – 22 noyabr 1963[6][8][…]) — 1961–1963-cü illərdə ABŞ-nin 35-ci prezidenti (Demokratlar partiyasından). ABŞ tarixində ilk katolik prezidenti, XX əsrdə doğulmuş ilk prezident və Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olmuşdur.
Con Fitscerald Kennedi | |
---|---|
ing. John Fitzgerald Kennedy | |
| |
20 yanvar 1961 – 22 noyabr 1963 | |
Vitse-prezident | Lindon Conson |
Əvvəlki | Dvayt Eyzenhaver |
Sonrakı | Lindon Conson |
Şəxsi məlumatlar | |
Doğum adı | John Fitzgerald Kennedy[1] |
Doğum tarixi | |
Doğum yeri | Bruklayn, Massaçusets, ABŞ |
Vəfat tarixi | (46 yaşında) |
Vəfat yeri | Dallas, Texas, ABŞ |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | Arlinqton milli qəbiristanlığı, Virciniya, ABŞ |
Partiya | Demokratik |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, jurnalist, dövlət xadimi, yazıçı, donanma zabiti[d] |
Atası | Cozef Patrik Kennedi |
Anası | Roza Elizabet Ficerald |
Həyat yoldaşı | Jaklin Kennedi (1958-dən) |
Uşaqları | oğlu: Con, qızı: Karolina |
Ailəsi | Kennedi ailəsi[5][2] |
Dini | Katolik |
Hərbi xidmət | |
Mənsubiyyəti | Amerika Birləşmiş Ştatları |
Qoşun növü | ABŞ hərbi donanması |
Rəhbərlik edib | PT-109 torpeda kateri |
Döyüşlər | İkinci dünya müharibəsi |
Rütbəsi | Leytenant |
|
|
whitehouse.gov/about-the… | |
Vikianbarda əlaqəli mediafayllar |
Kennedi, prezidentlər arasında yeganə Pulitser mükafatı laureatıdır ("Profiles in Courage" kitabına görə). Onun prezidentliyi dövründə ("Kennedi stili" adlanır) Apollon proqramının qəbul edilməsi, ölkədəki mülki hüquqlar uğrunda hərəkat və soyuq müharibənin kəskinləşməsi (Karib böhranı və Berlin divarının tikilməsi) baş vermişdir.
Kennediyə yaxınlığı ilə tanınan Merilin Monronun məşhur "Ad günün mübarək, cənab prezident" mahnısı məhz ona həsr edilmişdir. Kennedinin adını daşıyan bir çox obyektlər var (ada, Con Kennedi adına Beynəlxalq Hava Limanı, universitet, kitabxana, stadion, Kentukki və İndiana ştatları arasında körpü, ABŞ hərbi donanmasının aviadaşıyıcı gəmisi və s.). NASA-nın Floridadakı Kanaveral burnunda yerləşən Uçuş Əməliyyatları Mərkəzinin adı dəyişdirilərək "Con F. Kennedi Kosmik Mərkəzi" adlandırılmışdır. 1963–73-cü illərdə Kanaveral burnu da Kennedinin şərəfinə adlandırılmışdı, lakin 1973-cü ildə keçirilən referendumun nəticəsi olaraq əvvəlki adı geri qaytarıldı. Kennedi həm də 1964-cü ildən yarımdollarlıq sikkələrin üzərində təsvir edilir.
1976-cı ildə Gellap İnstitutunun tədqiqatlarına əsasən amerikalıların əksəriyyəti Kennedini ABŞ prezidentləri arasında ən görkəmlisi hesab etmişdir.
1960-cı ildə Kennedinin nitqlərindən ibarət "Sülhün strategiyası" adlı toplu dərc edilmişdir.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.