Subaldırğanı
From Wikipedia, the free encyclopedia
Subaldırğanı (lat. Cicuta) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Cəld faktlar Elmi təsnifat, Beynəlxalq elmi adı ...
Subaldırğanı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Campanulids Dəstə: Fəsilə: Yarımfəsilə: Apioideae Triba: Oenantheae Cins: Subaldırğanı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bağla
Çoxillik su, yaxud bataqlıq bitkisidir. Lələkşəkilli yarpaqları uzun saplaqlıdır. Xırda ağ çiçəkləri mürəkkəb çətirdə yerləşir. Meyvəsi dəyirmidir. Əsasən, Şimali Amerikada 10 (başqa məlumata görə 20-dək) növü var. Ən zəhərli bitkilərdən biridir. Payızda və yazda onunla qidalanan ev heyvanlarının (qaramal, qoyunlar) zəhərlənməsinə səbəb olur.