From Wikipedia, the free encyclopedia
Ceyranbatan su anbarı — Bakı və Sumqayıt şəhərlərində içməli və texniki suya tələbatın kəskin artması ilə əlaqədar olaraq 1955-ci ildə yaradılmışdır.[1] Su anbarının sututumu 186 mln m³, faydalı həcmi 150 mln. m³-dur. Anbarın uzunluğu 8,74 km, maksimum eni 2,15 km, sahil xəttinin uzunluğu 23,3 km, maksimum dərinliyi 28,5 metr, ölü həcmi səviyyəsində isə 14,5 metrdir, su güzgüsünün sahəsi 1389 hektar təşkil edir. Qidalanma mənbəyi Samurçay, Vəlvələçay və Qudyalçay çaylarından su götürən Samur-Abşeron kanalıdır. Ceyranbatan su anbarı içməli su mənbəyi olduğuna görə, 1960-cı ildə onun ətrafında üç zolaqdan ibarət sanitar-mühafizə zonası yaradılmışdır. 2001-ci ildə Ceyranbatan su anbarının 1-ci sanitar-mühafizə zonası genişləndirilərək hasara alınmışdır. Eyni zamanda, Ceyranbatan su anbarının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq tədbirlər (meşəsalma, sututucu kanallar və s.) həyata keçirlişmişdir.
Ceyranbatan su anbarı | |
Ölkə | Azərbaycan |
Yerləşməsi | Azərbaycan Abşeron |
Uzunluğu | 8,74 m |
Eni | 2,15 m |
Sahəsi | 13,9 m² |
Həcmi | 0,186 m³ |
Tökülən çaylar | Samur-Abşeron (Vəlvələçay, Qudyalçay) |
Samur-Abşeron kanalından qidalanan Ceyranbatan su anbarı və anbarın sahilində tikilmiş sutəmizləyici qurğular kompleksi Abşeron yarımadasının içməli su təchizatında böyük paya malikdir. Anbar ingilis mühəndis Uilyam Lindleyin 1900-cü illərin əvvəlində hazırladığı layihə əsasında yaradılıb. Layihə Samurçayın suyunun Ceyranbatan anbarına gətirilməsini və burada təmizlənərək istehlakçılara çatdırılmasını nəzərdə tutur. Layihənin işlənməsindən təxminən yarım əsr sonra orada nəzərdə tutulan işlərin icrasına başlanır. İlkin olaraq Samur-Dəvəçi kanalının Abşerona qədər uzadılmasına qərar verilir. Paralel olaraq Dəvəyatağı və Ceyranbatan göllərinin yerində ümumi tutumu 186 milyon kubmetr olan anbar yaradılır və 1957-ci ildə hövzənin su ilə doldurulmasına başlanır. Anbarın əsas üstünlüklərindən biri odur ki, burada toplanan su 80 % təbii durulmadan keçdikdən sonra emal prosesinə ötürülür. Ceyranbatan sutəmizləyici qurğular kompleksi və magistral su kəmərləri Azərbaycan SSR Nazirlər Sovetinin 21 noyabr 1957-ci il tarixli 655 nömrəli və 02 iyun 1960-cı il tarixli 420 nömrəli qərarları əsasında 3 mərhələdə inşa edilib. Ceyranbatan sutəmizləyici qurğular kompleksinin birinci mərhələsi 8 sentyabr 1961-ci idə istismara verilib. Kompleksin ikinci mərhələsi 1966-cı ildə, üçüncü mərhələsi isə 1978-ci ildə işə salınıb. Birinci və ikinci mərhələdə tikilən qurğuların hər birinin məhzuldarlığı saniyədə 2,64 kubmetr, üçüncü qurğunun məhzuldarlığı isə 2,1 kubmetrdir. Ceyranbatan sutəmizləyici qurğular kompleksində su iki pilləli texnoloji təmizləmə prosesindən keçir. Birinci və ikinci mərhələdə inşa olunan qurğularda su şəffaflandırıcı və sürətli süzgəclər, üçüncü mərhələdə tikilən qurğularda isə üfüqi durulducu və sürətli süzgəclər vasitəsi ilə təmizlənir.
Bu gün Sumqayıt şəhəri, Abşeron, Xəzər, Sabunçu və Suraxanı rayonlarının əksər hissələrinə verilən su Ceyranbatanda emal olunur. İçməli suyu istehlakçılara çatdırmaq üçün Sutəmizləyici Qurğular Kompleksindən 6 ədəd iri diametrli su xətti çəkilmişdir. Bunların 2-si Maştağa anbarına, 3-ü Binəqədi mərkəzi nasos stansiyasına, 1-i isə Sumqayıt şəhərinə içməli su nəql edir. Eyni zamanda Ceyranbatandan Abşerondakı sənaye müəssisələrinə texniki su verilir. Bu məqsədlə Ceyranbatan sutəmizləyici qurğularından məhzuldarlığı saniyədə 2,8 kubmetr olan 2 texniki su kəməri çəkilib. Ceyranbatan sutəmizləyici qurğular kompleksində indiyə qədər yalnız bir dəfə əsaslı təmir aparılıb. 1998–2005-ci illərdə "Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi" çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə kompleksin reagent təsərrüfatı, şəffaflaşdırıcılar, 1-ci növbə süzgəclər sexi tam bərpa olunub. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 2-ci və 3-cü növbə süzgəclər sexi qismən yenidən qurulub, hər 3 növbə üçün yeni xlorator təsərrüfatı yaradılıb. Həyata keçirilən yenidənqurma işləri nəticəsində emal olunan suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırılıb. Gələcəkdə Ceyranbatanda məhzuldarlığı saniyədə 6 kubmetr olan yeni təmizləyici qurğu tikiləcək və Ceyranbatan-Maştağa magistral su kəməri çəkiləcək. Artıq 8 sentyabr 2011-ci ildə Ceyranbatanda ultrasüzgəcli təmizləyici qurğunun təməli qoyulub. Yeni qurğunun tikintisi 18 aya başa çatdırılacaqdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.