From Wikipedia, the free encyclopedia
Cek Kardif — britaniyalı kinorejissor və operator
Cek Kardif | |
---|---|
Jack Cardiff | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (94 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xəstəlik |
Fəaliyyəti | kinorejissor, kinematoqraf, aktyor, fotoqraf, rejissor |
Fəaliyyət illəri | 1918-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Cek Kardif 1914-cü il sentyabrın 18-də İngiltərənin Norfolk qraflığının Qreyt Yarmut şəhərində anadan olub. O, 1937-ci ildə Böyük Britaniyanın ilk tam rəngli filmi sayılan "Səhərin qanadları"nın çəkilişində iştirak edib. İkinci Dünya müharibəsi zamanı Kardiff ticarət gəmilərini müşayiət edən hərbi konvoyla bir yerdə Atlantik okeanını iki dəfə qət edib. Onun çəkdiyi material əsasında "Qərbə yaxınlaşmaq üzrə" sənədli filmi yaradılıb.
Kardif operator kimi 70-dən çox film çəkib. Onların arasında "Oğlaq işarəsi altında" (1949-cu il, rejissor Alfred Hiçkok), "Vikinqlər", "Nildə ölüm", "Afrika kraliçası", "Dağıdıcı Konan", "Anna Frankın gündəliyi", "Rembo-2" filmləri var.
Onun rejissor kimi çəkdiyi 15 film arasında isə ən məşhuru "Oğullar və aşnalar" sayılır. Devid Qerbert Lourensin kitabı əsasında çəkilən bu film ekranlara 1960-cı ildə çıxıb.
Kardif yardıcılığı ərzində iki dəfə "Oskar" mükafatı alıb. O, Hollivud tarixinə "Oskar"ın sahibi olan ilk operator kimi düşüb. Ona operator kimi 1948-ci ildə "Qara nərgiz" filminə görə bu mükafatı təqdim ediblər. Ümumilikdə isə Cek Kardiff 5 dəfə, o cümlədən rejissor kimi, "Oskar" mükafatı nominantı olub.
Merilin Monronun "dünyanın ən yaxşısı" adlandırdığı məşhur britaniyalı kinorejissor və operator Cek Kardif 94 yaşında vəfat edib. O, Kembricşir qraflığındakı malikanəsində dünyasını dəyişib.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.