From Wikipedia, the free encyclopedia
Canet (ərəb. جانت; fr. Djanet) — Əlcəzairin cənub-şərqində, İllizi vilayətində şəhər və kommuna. Canet dairəsinin inzibati mərkəzidir.
Canet | |
---|---|
24°33′18″ şm. e. 9°29′07″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.035 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 33100 |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər vilayətin cənubunda, Tassilin Accer yaylasının cənub hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1,470 kilometr (910 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 1,053 metr (3,455 ft) qədərdir.[2]Canet kommunası İllizi və Bürc-əl-Huas kommunaları, Liviya və Niger əraziləri ilə həmsərhəddir. Sahəsi 57,460 km2-dir.
Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 18 mm). Orta illik temperatur 23,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 12,4°C, ən isti ayda (iyun) 31,6°C-dir.[3]
Şəhərin cənubundan 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir. Eyniadlı hava limanı var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.