From Wikipedia, the free encyclopedia
Cananiyar xanım (1835 – 12 dekabr 1912) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın ikinci xanımı.
Cananiyar xanım | |
---|---|
18 yanvar 1863 – 26 iyun 1879 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1835 |
Vəfat tarixi | 12 dekabr 1912 |
Dəfn yeri | Əl-Rifai məscidi, Qahirə, Misir əyaləti |
Həyat yoldaşı | |
Uşaqları |
Zeynəb xanım İbrahim Hilmi Paşa |
Vikianbarda əlaqəli mediafayllar |
Əslən şimali Qafqaz əsilli olan Cananiyar xanımın doğum tarixi təxminən 1835-ci ildə dünyaya gəldi. Misirə gəlişi və saraya necə alındığı məlum deyil. Ancaq İsmayıl Paşaya Misirdəki hakimiyyətini ələ almadan öncə təqdim edildiyi bilinir. Cütlüyün 6 övladı dünyaya gəlsə də, bunlardan yalnız ikisi - Zeynəb xanım (1859-1875) və İbrahim Hilmi Paşa (1860-1927) yetkinlik yaşına çatdı.
İsmayıl Paşanın Misir hakimi təyin edilməsinin ardından Cananiyar xanım paşanın ikinci xanımı olması səbəbilə "İkinci Şahzadə" ünvanı aldı. 1874-cü ildə qızı Zeynəb xanımı qaynı Əhməd Rüfət Paşanın oğlu İbrahim Fəhmi Paşa ilə evləndirdi. Ancaq əmisi oğlu ilə evlənən Zeynəb xanım cəmi bir il sonra vəfat etdi. Dul qalan İbrahim Fəhmi Paşa 1890-cı ildə İsmayıl Paşanın kiçik qızı Nemətullah xanımla evləndi.
İsmayıl Paşanın vəzifədən alındığı 1879-cu ilədək bu ünvanı daşıyan Cananiyar xanım Misirdə Ortancıl xanım olaraq anılmağa başlandı. Ərinin vəzifədən alınmasından sonra onunla birlikdə öncə Neapolda, ardından İstanbulda sürgün həyatı yaşayan Cananiyar xanım ərinin 1895-ci ildə İstanbulda vəfatından sonra cənazəylə birlikdə Qahirəyə döndü. Sabiq xədivin digər ailə fərdləriylə birlikdə Qahirədəki Safran sarayında yaşamağa davam edən Cananiyar xanım 12 dekabr 1912-ci ildə Safran sarayında vəfat etdi. Cənazəsi Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.