Camal İsmayılov
Vətən Müharibəsi Qəhrəmanı / From Wikipedia, the free encyclopedia
Camal Vidadi oğlu İsmayılov (7 iyul 1984, Həsənabad, Neftçala rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin qrup komandiri və baş giziri, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Camal İsmayılov | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Hadrut Fatehi |
Doğum tarixi | 7 iyul 1984(1984-07-07) |
Doğum yeri | |
Vəfat tarixi | 21 oktyabr 2020(2020-10-21) (36 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Fatimə İsmayılova |
Uşaqları | Əsmət, Əsnad və Alparslan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2002-ci ildən |
Rütbəsi | Baş gizir |
Döyüşlər |
Aprel döyüşləri (2016) İkinci Qarabağ müharibəsi (2020) • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Füzulinin azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri | |
2020 2020 2020 2020 |
2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur. Hadrutun azad edilməsi zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin zabitləri ilə birgə Ermənistan Ordusunun rabitə qovşağına qoşulmuşdur və erməni hərbçilərinin başqa istiqamətə yönlənməsini təmin etmişdir.
Camal İsmayılovun da daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrdən olan 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Qeyri-bərabər döyüşlər nəticəsində Camal İsmayılov və dəstənin bir neçə üzvü həlak olmuşdur.