From Wikipedia, the free encyclopedia
Camaat namazı — camaatla birlikdə qılınan namazdır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Camaatla qılınan namazın furada qılınan namazdan üstün olması haqqında çoxlu hədislər gəlmişdir.
Cümə namazı camaatla qılınır.
Şiə məzhəbində vacibi namazlar və meyyit namazı (ərəb dilində "saləh" sözünun çoxmənalı olmasına baxmayaraq, əslində duadır) camaatla qılına bilər.
İmama iqtida etmək istəyən şəxs, niyyət etdiyi zaman imamını təyin etməlidir. Amma onun adını bilməsi lazım deyildir. Əgər "hazırkı imama iqtida edirəm" deyə niyyət edərsə, namazı səhihdir.
Mə`mum gərək Həmd və surədən başqa namazın bütün sözlərini özü oxusun. Amma əgər mə`mumun birinci, yaxud ikinci rük`əti, imamın isə üçüncü və ya dördüncü rük`əti olsa, gərək Həmd və surəni oxusun.
Əgər məmum sübh, şam və xiftən namazının birinci və ikinci rükətində imamın Həmd və surəsinin səsini eşitsə, kəlmələri ayırd edə bilməsə də, gərək Həmd və surəni oxumasın. Əgər imamın səsini eşitməsə, müstəhəbbdir ki, Həmd və surəni oxusun, amma gərək yavaşdan oxusun, əgər səhvən ucadan oxusa, eybi yoxdur.
Əgər mə`mum imamın Həmd və surəsinin bəzi kəlmələrini eşitsə, eşitmədiyi hissəni oxuya bilər.
Mə`mum səhvən Həmd və surəni oxusa və ya eşitdiyi səsin imamın səsi olmadığını zənn edərək Həmd və surə oxusa və sonradan eşitdiyi səsin imamın olduğunu anlasa, namazı səhihdir.
İmamın səsini eşidib-eşitmədiyində və ya səsin imamın, yoxsa başqasının səsi olub-olmadığında şəkk edən bir məmum Həmd və surəni oxuya bilər.
Mə`mum zöhr və əsr namazının birinci və ikinci rükətində ehtiyata əsasən gərək Həmd və surəni oxumasın və müstəhəbbdir ki, onun yerinə zikr desin.
Mə`mum təkbirətül-ehramı imamdan qabaq deməməlidir. Hətta ehtiyat müstəhəbb odur ki, imamın təkbiri tamam olmamış təkbir deməsin.
Əgər məmum səhvən imamdan qabaq salam versə, namazı səhihdir və yenidən imam ilə salam verməsi lazım deyil. Əgər qəsdən də imamdan qabaq salam versə, eybi yoxdur.
Mə`mumun təkbirətül-ehramdan başqa, digər şeyləri imamdan qabaq söyləməsinin eybi yoxdur. Amma onları eşidib, imamın nə vaxt söylədiyini bilərsə, imamdan qabaq deməməsi ehtiyat-müstəhəbbdir.
Mə`mum gərək namazda oxunan sözlərdən başqa namaz hərəkətlərini, məsələn; rüku və səcdələri imamla eyni vaxtda, ya imamdan bir az sonra yerinə yetirsin. Əgər qəsdən imamdan qabaq və ya bir müddət imamdan sonra yerinə yetirsə, belə ki, imama tabe olmaq sayılmasa onun camaat namazı batil olur, amma münfərid vəzifəsinə əməl etsə, namazı səhihdir (1404-cü məsələdə qeyd olunduğu kimi).
Əgər məmum səhvən imamdan qabaq başını rükudan qaldırıb imamın hələ də rükuda olduğunu görərsə, ehtiyata əsasən rükuya qayıdıb, imamla bərabər qalxmalıdır. Bu zaman rükn olan rükunun artıq olması namazı batil etməz. Əgər qəsdən rükuya qayıtmasa, onun camaat namazı ehtiyata görə batil olur, amma (fərdi) namazı səhihdir (Əgər məmum namaz əsnasında üzrsüz olaraq, infiradi (tək) olma niyyətini edərsə, onun camaat namazının səhih olması işkallı, lakin təklikdə qıldığı namazı səhihdir. Amma əgər fərdi namaz qılanın da vəzifəsinə görə əməl etməsə, vacib ehtiyata görə namazı yenidən qılmalıdır. Amma əgər üzrlü olduğu halda namazı batil etməyən bir şeyi artırsa və ya əskiltsə yenidən qılması lazım deyil. Məsələn, əgər namazın əvvəlindən fərdi olma qəsdi olmasa, qiraət etməsə, amma rükuda olduğu zaman bu qəsdə düşərsə, bu təqdirdə namazını fərdi qəsdi ilə tamamlaya bilər və onu yenidən qılması lazım deyil. Həmçinin imama tabe olmaq üçün bir səcdəni artırsa hökm eynidir). Amma əgər rükuya qayıtsa və rükuda imama çatmamış imam qalxsa, namazı ehtiyata əsasən batildir.
Əgər səhvən başını qaldırıb imamın hələ də səcdədə olduğunu görərsə, ehtiyata əsasən səcdəyə qayıtmalıdır. Əgər səcdələrin hər ikisində də bu hal baş versə, rükn olan iki səcdənin artıq olmasına görə namaz batil olmaz.
Səhvən imamdan qabaq başını səcdədən qaldırmış olan bir şəxs, əgər səcdəyə qayıdarsa, belə ki, bu zaman imamın daha qabaq başını səcdədən qaldırmış olduğu məlum olarsa, namazı səhihdir. Amma əgər hər iki səcdədə də bu hal baş verərsə, ehtiyata əsasən namazı batildir.
Səhvən rüku və ya səcdədən başını qaldırsa və səhvən və ya imama yetişə bilməyəcəyi düşüncəsi ilə rüku və ya səcdəyə getməzsə, namazı və camaat namazı səhihdir.
Əgər səcdədən başını qaldırıb, imamın səcdədə olduğunu görsə və imamın birinci səcdədə olduğunu hesab edərək, imamla birlikdə səcdə etmək qəsdi ilə səcdəyə gedərsə və imamın ikinci səcdədə olduğunu anlayarsa, onun ikinci səcdəsi sayılır. Əgər imamın ikinci səcdədə olduğunu hesab edərək səcdəyə gedər və imamın birinci səcdəsi olduğunu anlayarsa, o səcdəni imamla birlikdə, səcdə etmək qəsdi ilə tamamlayıb ikinci dəfə imamla birlikdə səcdəyə getməlidir. Hər iki təqdirdə, namazı camaatla tamamlayıb yenidən qılması daha yaxşıdır.
Əgər səhvən imamdan əvvəl rükuya getsə və başını qaldıracağı təqdirdə, imamın qiraətinin bir miqdarına çatarsa, əgər başını qaldırıb imamla bərabər rükuya getsə, namazı səhihdir və əgər qəsdən qayıtmasa camaat namazının səhih olması məhəlli-işkaldır, amma (fərdi) namazı 1404-cü məsələdə deyilən tərzdə səhihdir.
Əgər məmum imamdan əvvəl səhvən rükuya getsə və başını qaldıranda imamın qiraətinin heç bir miqdarına yetişə bilməsə, gərək rükunun zikrini desin. Əgər zikr deməsi imama rükuda tabe olmamasına səbəb olarsa gərək rükudan qalxıb imamla birlikdə rüku etsin, bu halda onun camaatı və namazı səhihdir və əgər qəsdən qayıtmasa, onun camaat namazının səhih olması məhəlli işkaldır, amma (fərdi) namazı 1404-cü məsələdə deyilən tərzdə səhihdir.
Əgər səhvən imamdan əvvəl səcdəyə getsə, gərək səcdənin zikrini desin. Əgər zikrin deyilməsi səcdədə imama tabe olmağın tərk edilməsinə səbəb olsa, gərək səcdədən qalxıb imamla birlikdə səcdə etsin. Bu halda onun camaatı və namazı səhihdir və əgər qəsdən qayıtmasa, camaat namazı məhəlli işkaldır, amma onun (fərdi) namazı 1404-cü məsələdə deyilən tərzdə səhihdir.
Əgər imam qunut olmayan rük`ətdə səhvən qunut oxusa, yaxud təşəhhüd olmayan rükətdə səhvən təşəhhüd oxumağa məşğul olsa, mə`mum gərək qunut və təşəhhüdü deməsin, amma imamdan qabaq rükuya gedə bilməz və ya imamdan qabaq ayağa dura bilməz. İmamın qunut və ya təşəhhüdünün bitməsini gözləyib, sonra namazın qalan qismini imamla qılmalıdır.
Mə`mum bir kişi olarsa, imamın sağında dayanması müstəhəbbdir. Əgər bir qadın da olsa, yenə imamın sağ tərəfində dayanması müstəhəbbdir. Amma ondan geridə dayanmalıdır. Ən azı onun səcdə edəcəyi yer, imamın səcdə halında ikən dizlərinin müqabilinə gələcək qədər, imamdan geridə dayanmalıdır. Amma əgər bir kişi və bir qadın və ya bir kişi və bir neçə qadın olarsa, kişinin imamın sağında və bir qadın, yaxud bir neçə qadının da, imamın arxasında dayanması müstəhəbbdir. Əgər bir neçə kişi və bir və ya neçə qadın olarsa, kişilərin imamın arxasında və qadınların da kişilərin arxasında durmaları müstəhəbbdir.
Əgər imam və məmum hər ikisi qadın olsa, vacib ehtiyat odur ki, hamısı bir sırada dayansın və imam o birilərindən qabaqda dayanmasın.
Müstəhəbdir ki, imam sıranın ortasında dayansın və elm, kamal və təqva əhli birinci sırada dayansın.
Camaat səflərinin nizam-intizamlı olması, hər səfdə duranların arasında məsafə olmayıb, çiyinlərinin bir sırada olması müstəhəbbdir.
Müstəhəbdir ki, məmumlar "Qəd-qamətis-səlat" deyiləndən sonra ayağa qalxsınlar.
İmamın, halı zəif olan mə`mumları nəzərə alaraq, qunut, rüku və səcdələri uzatmaması müstəhəbbdir. Amma məmumların, imamın rüku və səcdələri uzatmasına meylləri olarsa, bu hal istisnadır.
İmamın oxuduğu Həmd, surə və zikrlərdə səsini digərlərinin eşidə biləcəyi şəkildə yüksəltməsi müstəhəbbdir. Amma həddindən artıq yüksəltməməlidir.
İmam rükuda ikən bir şəxsin gəlib, ona iqtida etmək istədiyini anlayarsa, bu zaman rükunu ikiqat uzatması və ondan sonra, iqtida etmək üçün başqalarının gəldiyini başa düşsə belə, qalxması müstəhəbbdir.
Əgər camaatın sırasında yer varsa, bir şəxsin tənha dayanması məkruhdur.
Mə`mumun namazın zikrlərini imamın eşidəcəyi tərzdə deməsi məkruhdur.
Zöhr, əsr və xiftən namazlarını iki rükət qılan bir müsafirin, bu namazlarda müsafir olmayan imama iqtida etməsi məkruhdur. Müsafir olmayanın da, bu namazlarda müsafirə iqtida etməsi məkruhdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.