![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/66/CNN_International_logo.svg/langaz-640px-CNN_International_logo.svg.png&w=640&q=50)
CNN
From Wikipedia, the free encyclopedia
CNN və ya Cable News Network (CNN) — 1 iyun 1980-ci ildə Atlantada Ted Törner tərəfindən qurulmuş ilk xəbər kanalı. Telekanal 24 saat xəbər yeniliyi üzərində qurulur. CNN-nin mütəmadi olaraq dünyanın 212 ölkəsində 1.5 milyarddan çox insan izləyir. Müxtəlif dillərdə kanalları, 12 veb saytı, 2 radiosu və bütün dünyaya yayılmış xəbər qrupu ilə ən məşhur xəbər qaynaqlarından biri sayılır. 1995-ci ildə açılan cnn.com isə ilk böyük ölçülü xəbər saytıdır.
CNN | |
---|---|
![]() | |
Ölkə | ABŞ |
Yayım ərazisi |
![]() |
Dil | İngilis dili |
Baş qərargah | |
Yaranma tarixi | 1 iyun 1980 |
Təsisçi | |
Sahibi | Turner Broadcasting System, Inc. |
Sayt | cnn.com |
![]() |
CNN-nin bütün dünyada tanınan bir kanal halına gəlməsi 1991-ci ildəki ilk Körfəz müharibəsi zamanı Bağdaddan döyüşü canlı olaraq yayımlanması oldu. bu etdikləri yayımlar televiziya xəbərçiliyində yeni bir dövr başlatdı.
Daima böyüyən CNN-nin qurucusu Ted Törner ən əhəmiyyətli media patronlarından biri, bağlı olduğu holdinq Time Warner isə ən böyük media şirkətlərindən biridir.
Avqust 2010-cu il tarixə olan məlumata görə CNN-i ABŞ-də 150 milyon insan izləyir.