From Wikipedia, the free encyclopedia
Cənubi Molukk Adaları Respublikası və ya Maluku-Selatan Respublikası (ind. Republik Maluku Selatan) — Ambon adasında 1950-ci ildə separatçılar tərəfindən özünü müstəqil elan edən tanınmamış dövlət dövlət. Hal-hazırda Niderlandda mühacir hökuməti[1] fəaliyyət göstərir.
Tarixi dövlət | |||||
Cənubi Molukk Adaları Respublikası | |||||
---|---|---|---|---|---|
ind. Republik Maluku Selatan | |||||
|
|||||
|
|||||
Paytaxt | Ambon[d] | ||||
Dövlət dini | xristianlıq | ||||
İdarəetmə forması | respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
27 dekabr 1949 ildə Niderland hökuməti Niderland Ost-Hindinin ərazilərində yaranan İndoneziyanın müstəqilliyini tanıyır. Bircə Niderland Yeni Qvineyası istisna olmuşdur. O zaman Cənubi Molukk adaları Şərqi İndoneziya dövlətinin daxilində İndoneziyanın tərkibində idi.
Dövlət başçısı olan Əhmət Sukarno ölkəni unitar dövlət etmək niyyətində idi. Halbuki ölkə istər etnik istərsə dini baxımından fərqliliklər mövcud olmuşdur. Ölkə başçısının bu cur fərqlilikləri nəzərə almadığından Cənub Molukk adaları[2] Müsəlman İndoneziyasından ayrılmaq qərarına gəlir. 25 aprel 1950-ci ildə Ambonda müstəqil Cənubi Molukk Adaları Respublikası elan edilir.
17 avqustda Sukarno İndoneziyanı unitar dövlət elan edir. Buna bir çox bölgələr sərt münasibət bildirir. 28 sentyabrda bölgənin mühasirəsi başlanır (İndoneziya müharibəsi). İndoneziya qüvvələri adaya hücum təşkil edirlər. Hinderlandlardan dəstək almalarına baxmayaraq 5 noyabrda İndoneziya qüvvələri Ambon şəhərini ələ keçirirlər. Üsyançılar Seram adasına qaçırlar. Bundan sonra Sumokilin rəhbərliyi ilə partizan müharbəsi başlayır.
1951-ci ildə 4000 nəfərdən ibarət üsyançı döyüşçülər (12500 nəfər (ailələri ilə birlikdə)) Niderlanda mühacirət edirlər.
2 dekabr 1963-cü ildə Seramda yerləşən Sumokil tutulur. Bununla da patizan müharibəsi yavaş-yavaş səngiyir. 11 mart 1966-cı ildə general Suxarto İndooneziyada[3] hakimiyyəti ələ keçirir. Sumokil isə güllələnir.
"Hümacir hökumətinin" başında olan Manusama Niderlanda olan gəmclərin ekstremist hərəkətlərinin qarşısını ala bilməmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.