Cənubi Afrika tarixi
From Wikipedia, the free encyclopedia
Etnik müxtlifliyə sahib olan Cənubi Afrika Respublikasının tarixi keçmişi ümumilikdə 5 mərhələyə ayılır. Müstəmləkədən əvvəlki mərhələ, müstəmləkə mərhələsi, müstəmləkədən sonrakı mərhələ, aparteid mərhələsi və ondan sonrakı mərhələ. Bu tarixin, xüsusi ilə müstəmləkə və müstəmlədədən sonrakı mərhələləri mədəniyyət fəaliyyətləri, Avropalıların və yerli xalqların arasındakı şiddətli torpaq anlaşılmazlıqları, təzyiqlər, digər irq və siyasi gərginliklərlə xarakterikdir.
Cənubi Afrika Respublikasının bayrağı | |
---|---|
Təfərrüatlar | |
Dizayn | Cənubi Afrika Respublikasının bayrağı 1994-ci il 27 aprel tarixində qəbul edildi.1928-ci ildən bəri sitifadə edilən bayrağı dəyişdirərək yaradılan bu bayraq aparteid sonra mərhələni ,çox mədəniyyətliliyi və etnik müxtəliliyi xarakterizə edir. |
Vikianbarda əlaqəli mediafayllar |
On doqquzuncu əsrdə almaz və qızıl kəşfləri bölgənin sərvətinə dərindən təsir göstərmiş, dünya səhnəsinə çıxartmışdır və sadəcə kənd təsərüfatı əsaslı iqtisadiyyatdan sənayeləşməyə keçid baş vermişdir. Kəşflər eyni zamanda Cənubi Afrika mədənçilik sənayesi üzərindəki nəzarət əldə etmək üçün əsasən Boer köçkünləri və İngiltərə imperiyası arasında açıq müharibəylə nəticələnən yerli münaqişələrə səbəb oldu. Anqlo-Boer və ya Cənubi Afrika müharibəsində (1899-1902) Boerlərin məğlubiyyətindən sonra Cənubi Afrika birliyi 1909-cu il Cənubi Afrika konstitusiyasına əsaslanaraq İngiltərə imperatoriyasının müstəmləkəsi olaraq quruldu. İngilis kolonyaları: Keyp koloinyası, Natal kolonyiası, Transvaal koloniyası və Orang koloniyası. Birlik qanunalarının qüvvəyə minməsindən sonra 1934-cü ildə Britaniya İmperatorluğu tərkibində özü-özünü idarə edən bir dövlət oldu. Bu müstəqillik 1960 referendumunda qərara alınmış və 31 may 1961 ci il tarixində reallaşmış ölkənin Cənubi Afrika Respublikası adı altında vahid müstəqil bir dövlət kimi formalaşması ilə sona çatdı.
Cənubi Afrika siyasəti 1948-1994 cü ildə Afrika miliyyətçiləri tərəfindən idarə edilirdi. İrqi ayrı seçkiliyi və ya rəsmi olaraq “aparteid” olaraq adlandırılan ağ irq qanunu,”ayrılıq”mənasına gələn Afrika sözü olub,1948-ci ildə (İngilis hakimiyyəti altında) ortaya çıxdı və Cənubi Afrikanın bir respublika halında biləşməsindən sonra rəsmi bir ayrı seçkilik qanunu halına gəldi. 1960-cı ildə qüvvəyə minən konstitusiya 27 aprel 1994-cü ildə silahlı mübarizə və irq ayrı seçkiliyinə qarşı beynəlxalq müxalifətin ardınca SSRİ-nin əsas olaraq Afrika Milli Konqresinə (African National Congress) əsgər və siyasi dəstək təmin etməsiylə qələbə çaldı. Ölkənin bütün irqlərinin səs verə biləcəyi ilk demoktratik səs vermədən bəri Afrika Milli Konqresi, Cənubi Afrika Komunist Partiyası və Cənubi Afrika Həmkarlar konnfederasiyası ilə birlikdə ittifaq içərisində Cənubi Afrika siyasətinə hakim oldu.