From Wikipedia, the free encyclopedia
Cüzeppe Penone (it. Giuseppe Penone; 3 aprel 1947[1][2][…]) — italyan heykəltaraşı.
Cüzeppe Penone | |
---|---|
it. Giuseppe Penone | |
Doğum tarixi | |
Doğum yeri | Qaressio, İtaliya |
Vətəndaşlığı | İtaliya |
Fəaliyyəti | heykəltaraş, incəsənət xadimi, boyakar[d], rəssam, quraşdırma rəssamı[d], vizual incəsənət rəssamı |
Janr | heykəltaraş |
Vikianbarda əlaqəli mediafayllar |
Cüzeppe Penone 1947-ci ildə Qaresio (Pyemont bölgəsi) şəhərində anadan olub. Albertinin Gözəl Sənətlər Akademiyasında (Turin) və Paris Milli Milli Gözəl Sənətlər Məktəbində oxumuşdur[3]. Hazırda Turində yaşayır və fəaliyyət göstərir[4].
Cüzeppe Penone, təbiətə və insan əlaqələrinə yönəlmiş sənət əsərləri ilə tanınır. Ağaclar Panonenin işlərinin əksəriyyətində aparıcı rol oynayır. Bu əsərlərin ən məşhurlarından biri sənətçinin 1968-ci ildə düzəltdiyi "Bürünc əl" heykəlləridir.
Giuseppe Penone bürünc əli illər əvvəl Dallasdakı Nasher Heykəl Mərkəzində yeni əkilən ağacın üzərinə yerləşdirir. Zamanla ağac böyüdükcə və gövdəsi qalınlaşdıqca, heykəldə yeni bir görünümə bürünür. Sənətçinin yerləşdirdiyi əlin bürünc nüsxəsi olan bu bürünc əl, ağacın gövdəsini normaldan fərqli şəkildə dəyişirmiş kimi görünür. Heykələ "Continuerà a crescere tranne che in quel punto" yəni "Bu hissənin xaricində böyüməyə davam edəcək" adının verilmiş olması əsəri daha mənalı edir[5].
Penone 1989-cu ildə Terner mükafatı nominasiyasına layiq görülmüş, 2001-ci ildə Rolf Şok mükafatı, 2014-cü ildə Yaponiyanın İmperator mükafatı laureatı olmuşdur[6].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.