Böyük dayaq (film)
From Wikipedia, the free encyclopedia
Böyük dayaq tammetrajlı bədii filmi rejissor Həbib İsmayılov[1] tərəfindən 1962-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Əsas rolları Ələsgər Ələkbərov, Tamilla Rüstəmova, Həsən Məmmədov, Leyla Rzayeva, Zemfira Əliyeva, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov və Hacımurad Yegizarov ifa edirlər.
Cəld faktlar Böyük dayaq, Janr ...
Böyük dayaq | |
---|---|
rus. Великая опора | |
Fayl:Böyük dayaq (film, 1962).jpg | |
Janr | dram |
Rejissor | Həbib İsmayılov |
Əsərin müəllifi | Mirzə İbrahimov |
Ssenari müəllifi | Mirzə İbrahimov |
Baş rollarda |
Ələsgər Ələkbərov Tamilla Rüstəmova Həsən Məmmədov Leyla Rzayeva Zemfira Əliyeva Nəsibə Zeynalova Məmmədrza Şeyxzamanov Hacımurad Yegizarov |
Operator | Xan Babayev |
Bəstəkar | Fikrət Əmirov |
Rəssam | Məmməd Hüseynov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 13 may 1963 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 88 dəq. |
Ölkələr | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1962 |
Texniki məlumatlar |
9 hissə 2557 metr |
Rəng | rəngli |
IMDb | ID1697889 |
Bağla