From Wikipedia, the free encyclopedia
Buzlu vedrə əzabı (ing. Ice Bucket Challenge) — 2014-cü ilin yayında məşhurlaşan bir fəaliyyət.
Bu fəaliyyətinin qaydasına görə iştirakçılar ya başlarına bir vedrə soyuq su tökməli, ya da ABŞ-nin ALS Assosiyasına xeyriyyə məqsədilə pul ödəməlidirlər. Bu fəaliyyət Şimal yarımkürəsində sosial medyada məşhurlaşıb.[1][2]
"Ice Bucket Challenge" kampaniyasına, yəni Buzlu su kampaniyasına görə, ya ALS üçün yardım edəcəksəniz, ya da buz dolu bir vedrə suyu başınızdan aşağı tökəcəksiniz. Bütün dünyada 2014-cü ilində həm yardım edib, həm də məlumatlandırmaq məqsədi ilə başlarından aşağı buzla dolu 1 vedrə su tökürlər. Fəaliyyətə qoşulan adam seçdiyi 3 adama meydan oxuyur və eynisini ondan istəyir. Meydan oxunan kişi 24 saat içində eynisini bir başqasına edir. Mark Zukerberq, Bill Geyts, Lady Gaga, Kriştiano Ronaldo, Beyonce , Jennifer Lopez kimi dünyaca məşhur insanlar kampanyaya böyük dəstək verdi.
Türkiyədə isə ilk dəstək Nevzat Aydından gəldi. Aydın Arda Turan, Ali Sabancı ve Burcu Esmersoya meydan oxuyandan dərhal sonra , bu dəfə Arda Turan eyni şeyi etdi. ALS-nin Türkiyədə ilk bəlli olması futbolçu Sedat ilə ortaya çıxdığına görə, xüsusən futbolçuların bu kampanyaya dəstək verməsi gözlənilirdi.
ALS, yəni Amyotrofik Lateral Skleroz mərkəzi sinir sistemində moto neyron yəni sinir hücreyrələri itkisi səbəbi ilə yaranan bir xəstəlikdir. Məşhur fizik-nəzəriyyəçi Stiven Hokinq də bu xəstəliyə sahibdir.
Bu xəstəliyin zehni funksiyalara və yaddaşa təsiri yoxdur, amma sinir əlaqəsi pozuqluğundan səbəb əzələ əriməsinə və əzələlərin gücsüzləşməsinə səbəb olur. Ümumiyyətlə, 40–50 yaşlarda görülməyə başlayan xəstəlik 100.000 insanda 1 görülən nadir bir xəstəlik növüdür. Əvvəlcə udqunma çətinliyi ilə başlayaraq bədənə yayılan xəstəlik , tənəffüs çatışmazlığına da səbəb ola bilər.[3]
Buzlu su kampaniyası fəaliyyəti bir çox tərəflərdən tənqid edilmişdir. Xeyriyyəçilik üçün pulun yerinə, özünü promotsiya eləmək mənasız fəaliyyət kimi tənqid edilmişdir.[4]
Tənqid su qıtlığından əziyyət çəkən yerləri laqeyd qoyulmasına yönəlmişdir.[5] İçməli su qıtlığına görə yaranmış infeksiyalar və əlverişsiz sanitar-gigiyenik şərait səbəbindən hər gün dünyada 1,4 min uşaq dünyasını dəyişir.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.