From Wikipedia, the free encyclopedia
Butan hakimiyyətinin rəsmi saytına görə ölkədə 683 407 nəfər yaşayır (2008—2009)[1]. The World Factbooka görə ölkə əhalisi 699 847 nəfərdir[2].
Ölkənin əsas əhalisi bhotiyalar, yaxud butanlılardır: şarçoplar (26%; 2005), yaxud şərqi butanlılar; dzonq-ke dilində danışan bhotiyaların özləri, yaxud mərkəzi butanlılar (23%); bumtanqpalar, yaxud kebumtamplar, qərbi butanlılar (6%). Digər Tibet-Birma xalqları: khenqlər (8%), dakpalar (6%), matpalar (4%), dzalalar (3%), qurunqlar (3%), lepçalar (2%), kurteoplar (2%), nyempalar (2%), nepallılar (0,5%). Əhalinin 8%-ini Hindistandan gəlmələr təşkil edir, onların da 6%-i assamlılardır.
Əhalinin ortaillik artımı 2,1%-dir, 1000 nəfərə doğum səviyyəsi 34 nəfər, ölüm səviyyəsi 13 nəfərdir. Uşaq ölümü 1000 nəfər diri doğulan uşağa 100 nəfərdir (2005). Fertillik göstəricisi 1 qadına 4,8 uşaqdır.
Əhalinin yaş tərkibi: 14 yaşadək – 39,1%, 15 yaşdan 64 yaşadək – 56,9%, 65 yaşdan yuxarı – 4%. Əhalinin orta yaş həddi 20,3 ildir. Gözlənilən orta ömür müddəti 54,4 ildir (kişilərdə 54,7; qadınlarda 54,1 ildir). Hər 107 kişiyə 100 qadın düşür (2005).
Əhalinin orta sıxlığı 1 km2 -də 16,7 nəfərdir. Ölkənin cənubundakı düzənliklər və şərqindəki münbit Traşiqanq vadisi ən sıx məskunlaşmış rayonlardır. Əhalinin 21%-i şəhərlərdə yaşayır (2002; 1970 ildə 3%). İri şəhərləri (min nəfər, 2005): Thimphu – 69 və Phunçholinq – 17; digər şəhərlərin əhalisi 10 min nəfərədəkdir.
Ölkə əhalisinin 15 yaş və ondan yuxarının oxumaq və yazmaq göstəricisi - 64,9%-dir. Kişilərdə bu göstərici - 73,1%, qadınlarda isə - 55% ( 2015-ci il)[3]
Əməkqa biliyyətli əhali 227,7 min nəfərdir (2001), əcnəbi fəhlələr (əsasən, nepallılar) – 50 min nəfərdir. Məşğulluğun sahəvi strukturu: kənd təsərrüfatında – 93%, xidmət sferasında – 5%, sənayedə – 2% (2002).
Ölkə əhalisinin təxminən 75%[4] - 84%[5] inancı tibet buddizminə aiddir. Daha çox Drukpa Kaqyu və Ninqma məktəbləri üstünlük təşkil edir. Hər iki istiqamət buddizmin Maxayana qoluna aiddir. Bunan əhalisinin 11%[5] - 25%[4] hinduizmə sitayiş edir. Məhs Nepaldan və Hindistandan gəlmələr hinduistlərdir. Xristianlar, əsasəndə katoliklər ölkə əhalisinin1 % -ni təşkil edir.
2011-ci ildə Butanda 246 QİÇS infeksiyasına tutulma qeydə alınmış. Bu ölkə əhalisinin 0,03% -ni təşkil edir.[6] 2010-cu ildə bu göstərici 217 nəfər idi. Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramına görə isə bur rəqəm 500 nəfərdən çoxdur.[7] 2010-cu ildə Butanda bu xəstəlikdən 40 nəfərin ölməsi qeydə alınmış.
Butan // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 126. ISBN 978-9952-441-10-9.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.