Burundi krallığı
From Wikipedia, the free encyclopedia
Burundi krallığı (fr. Royaume du Burundi) və ya Urundi krallığı (fr. Royaume d'Urundi) — Afrika qitəsinin şərq hissəsindəki Böyük göllər regionunda, müasir Burundi Respublikası ərazisində yerləşən tarixi dövlət. Krallıq əhalisinin əksəriyyətinin hutulardan ibarət olmasına baxmayaraq, tutsi etnik qrupunun üzvü olan və "mnami" titulunu daşıyan bir monarx tərəfindən idarə edilirdi. Əsası XVII əsrdə qoyulan krallıq 1890-cı ildə Almaniya Şərqi Afrikasının bir parçası, 1916-cı ildə isə Ruanda-Urundi adı altında Belçika tərəfindən idarə olunan Millətlər Liqasının mandat ərazisi olmuşdur. 1962-ci ildə Burundi krallığı konstitusiyalı monarxiya olaraq öz müstəqilliyini yenidən əldə etmiş, 1966-cı ilin noyabr ayında baş verən dövlət çevrilişi nəticəsində isə monarxiya ləğv olunmuşdur.
Müstəqil dövlət (XVII əsr–1890) Almaniya Şərqi Afrikasının bir parçası (1890–1916) Ruanda-Urundinin bir parçası (1916–1962) Müstəqil dövlət (1962–1966) | |||||
Burundi krallığı | |||||
---|---|---|---|---|---|
fr. Royaume du Burundi | |||||
|
|||||
«Imana, Umwan, Uburundi Dieu, le Roi et le Burundi "Tanrı, kral və Burundi"» |
|||||
Himn: Burundi himni (Bizim Burundi) |
|||||
|
|||||
|
|||||
Paytaxt | Gitega, Bujumbura | ||||
Dilləri | Kirundi, alman dili, fransız dili | ||||
Rəsmi dilləri |
Kirundi dili Fransız dili |
||||
Dövlət dini | Xristianlıq | ||||
Valyuta | Burundi frankı | ||||
Ərazisi | 27,834 km2 | ||||
Əhalisi | 3,275,000 (1966) | ||||
İdarəetmə forması | Monarxiya | ||||
Dövlət başçıları | |||||
İlk Mnami | |||||
• | I Ntare (1680–1709) | ||||
Son Mnami | |||||
• | V Ntare (1966) | ||||
İlk Baş nazir | |||||
• | Josef Simpaye (1961) | ||||
Son Baş nazir | |||||
• | Mişel Miçombero (1966) | ||||
Tarixi | |||||
• XVII əsr | Əsası qoyuldu | ||||
• 1 iyul 1890 | Almaniya Şərqi Afrikası | ||||
• 20 iyul 1922 | Ruanda-Urundi | ||||
• 21 dekabr 1961 | Muxtariyyət | ||||
• 1 iyul 1962 | Müstəqillik | ||||
• 28 noyabr 1966 | Respublika | ||||
Davamiyyət | |||||
→ |