Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabulilat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat. labrum acetabulare (labrum glenoidale — BNA) bağlanmışdır. Bu dodaq oynaq çuxurunu daha artıq dərinləşdirir və nəticədə sirkə kasasının dairəsi yarım kürədən artıq olur. Bud sümüyünün başı sirkə kasasına uyğun gəlir və oynaq səthi kürənin 2/3 hissəsini təşkil edir. lat. Caput femoris bud başı çuxurcuğundan başqa tamamilə gialin qığırdaqla örtülü olur.

Cəld faktlar
Bud-çanaq oynağı
Thumb
Oynağı əmələ gətirən sümüklər
Latınca articulatio coxae
Növü Sinovial birləşmə
Oxu Çoxoxlu: frontal, sagital, üfüqi.
Səthi Kürəşəkilli
Sümükləri Bud, qalça
Bağları

Qalça-bud bağı
Qasıq-bud bağı
Oturaq-bud bağı
Dairəvi məntəqə
Bud sümüyü başının bağı

Qrey subyekt 92 333
MeSH Hip
Bağla

Bud-çanaq oynağının yaratdığı hərəkətlər:

  • frontal ox boyu — açma və bükmə;
  • sagital ox boyu — yaxınlaşdırma və uzaqlaşdırma;
  • üfüqi ox boyunca — pronasiya və supinasiya
  • kürəşəkilli oynaq olduğu üçün ona imkan verən dairəvi fırlanma (lat. rotatio) hərəkəti

Bağları

  1. Qalça-bud bağı (lat. ligamentumilipfemorale)
  2. Qasıq-bud bağı (lat. ligamentum pubofemorale , ligamentum pubocapsulare — BNA)
  3. Oturaq-bud bağı (lat. ligamentum ischiofemorale , ligamentum ischiocapsulare — BNA)
  4. Dairəvi məntəqə (lat. zona orbicularis)
  5. Bud sümüyü başının bağı (lat. ligamentum capitis femoris , ligamentum teres femoris — BNA)

Mənbə

  • Prof. K. Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1971

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.