From Wikipedia, the free encyclopedia
Bucağın triseksiyası (lat. tri –üç və sectio — kəsilmə, yarılma) — bucağın üç bərabər hissəyə bölünməsinə aid məsələ.[1]
Əvvəllər bucağın triseksiyasnı pərgar və xətkeşin köməyi ilə həll etməyə çalışırdılar. Bu yalnız 90° və 90°/2n bu caqları üçün (n natural ədəddir) mümkün idi. Arximed bucağın triseksiyasını pərgar və bölgülü xətkeş vasitəsilə “yerləşdirmə” adlanan üsulun köməyi ilə həll etmişdir: 90°-dən kiçik ABC bucağını üç bərabər hissəyə bölmək üçün onun AB tərəfi üzərində ixtiyari N nöqtəsindən BC-yə perpendikulyar NF və paralel NL xətləri çəkilir. KL=2BN parçasının K və L ucları NF və NL üzərində elə yerləşdirilir ki, onun uzantısı B nöqtəsindən keçsin; KL parçasının ortası M ilə işarə edilir. Bu halda BN=KM=ML=MN olduğu üçün
∠LBC= 1/3∠ABC
Bucağın triseksiyasnın pərgar və xətkeşlə həllinin olmadığını fransız riyaziyyatçısı P. Vansel isbat etmişdir (1837).
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.