Brinks otelinin partladılması
From Wikipedia, the free encyclopedia
1964-cü il Brinks otelinə bombalı hücum — Vyetnam müharibəsi zamanı 24 dekabr 1964-cü ildə, Cənubi Vyetnamın Hoşimin şəhərində, Vyetqon (Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi) tərəfindən həyata keçirilən Brinks otelinə bombalı hücum.
Brinks otelinin partladılması | |
---|---|
"Brinks" oteli partlayışdan sonra | |
Ümumi məlumatlar | |
10°46′10″ şm. e. 106°40′55″ ş. u. | |
Yeri | Hoşimin |
Tarix |
|
Hücum metodu | bombalı hücum |
Ölü sayı | 2 |
Yaralı sayı | 53—63 |
Terrorist sayı | 2 |
Terrorist(lər) | Cənubi Vyetnam partizanları |
Törədən(lər) | Vyetqon (Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi) |
Biri zabit, digəri komisssar olan iki amerikalı Amerika ordusuna ev sahibliyi edən otelin altındakı avtomobildə iki Vyetqon casusunun qoyduğu bomba partlaması nəticəsində öldü, hərbiçi və Vyetnam mülki vətəndaşları da daxil olmaqla altmış nəfər insan hücum nəticəsində xəsarət aldı.
Vyetnam komandirləri hücumu iki məqsədlə planlaşdırdılar. Bunlardan birincisi;yaxşımüdafiə olunan paytaxtdakı Amerika institutuna hücum edərək, ABŞ-nin Şimali Vyetnama hava hücumuna başladığı halda, Cənubi Vyetnamdakı hücum imkanlarını göstərmək idi. İkincisi isə; Cənubi vyetnamlılara amerikalıların zəif olduqlarını və qorunmaq üçün onlara etibar edə bilməyəcəklərini göstərmək.[1][2]
Hücum ABŞ prezidenti Lindon Conson administrasiyasında mübahisələrə səbəb oldu. Bir çox məsləhətçi Şimali Vyetnamın bombalanması və ABŞ Ordusunun döyüşə girməsini müdafiə edərkən, Conson, Cənubi Vyetnamı Vyetkonqa qarşı qorumaq üçün hazırkı Vyetnam Respublikası ordusunun təlim strategiyasına üstünlük verdi.