Boyard qalası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Boyard qalası — Atlantik okeanı sahillərində yerləşən, Fransaya məxsus daşlı qala.
Boyard qalası | |
---|---|
fr. Fort Boyard | |
45°59′58″ şm. e. 1°12′50″ q. u.HGYO | |
Ölkə | Fransa |
Şəhər | Paris |
Memar | Sebastyan Le Pretr de Voban |
Tikilmə tarixi | 1801-1857 |
Fransa tarixi abidələri | |
İstinad nöm. | PA00104714 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Boyard fransızcadan boyar, boyard, bəzən isə, Bayyard, boyyard kimi də tələffüz olunur). Bu “Daş fort(qala) – Atlantik okeanında, Fransanın Antioş boğazında, İl-d-Eks və Oleron adaları arasında inşa edilmişdir.
Bu möhtəşəm tikilinin inşasına 1801-ci ildə başlanılmış, 1857-ci ildə başa çatdırılmışdır. Adada tikilmiş bu qalanın inşası hələ uzaq keçmişdə, 1666-cı ildə nəzərdə tutulmuşdur. Hələ o zamanlar da qalanın inşası hərbi məqsədlər üçün, hərbi mövqe üçün nəzərdə tutulurdu. Qalanın tikilməsi, yadellilərin dəniz hücumlarının qarşısını almaq məqsədi daşıyırdı. 1801-ci ildə qalanın tikintisinə başlayarkən ustalar problemlərlə üzləşmişlər. Belə ki, özül üçün dənizin dibinə qoyulmuş iri daş bloklar, az bir müddətdən sonra ağırlığından dənizin dibinə, quma batırdı. Bu səbəbdən qalanın inşası 1809-cu ildə dayandırılır. Sonradan, yəni 1837-ci ildə, I Lui-Filippin hakimiyyəti dövründə bu qalanın yenidən tikintisinə başlanmışdır. Bu Fransa ilə İngiltərə arasındakı münasibətlərin yenidən kəskinləşdiyi bir dövrə təsadüf edirdi. 1913-cü ildə Fortun hərbi qala kimi istifadəsi dayandırılır. Oradakı silahların hamısı satılır. II Dünya Müharibəsi zamanı “Faşist Almaniyası” Fort Boyardı atıcılıq təlimi yeri kimi istifadə etmiş və bu qalada böyük dağıntılara səbəb olmuşdur. Sonrakı 20 il ərzində isə Boyard tam nəzarətsiz qalmış, demək olar ki, tamamilə dağılmaq təhlükəsilə üzləşmişdir. 1962-ci ildə Fort Boyard 7.500 frank dəyərində qiymətləndirilərək auksiona çıxarılmışdır. Auksionda əsas mübarizə “Boyardın dostları” təşkilatı ilə dantist Erik Ert arasında olmuşdur. Sonda “Boyardın dostları”ndan 3.000 frank artiq (28.000 frank) ödəməklə Erik Ert qalanı özəlləşdirir. Amma qalanı təmir etdirib, tam bərpa etdirmək üçün onun vəsaiti çox az olur. Yenə də Fort Boyard uçulub – dağılmaq təhlükəsilə üz-üzə gəlir. Erik Ert Boyardı yenidən auksiona çıxarmaq məcburiyyətində qalır. 1972-ci ildə Fort Boyard yenidən 1,2 milyon frank dəyərində auksiona çıxarılır. Qiymətin çox baha olduğundan qalaya sahib çıxan olmur... Sonralar, 1980-ci ildən başlayaraq, televiziya şirkətləri və kinostudiyalar məcaralı verilişlər və filmlər çəkilişi məqsədilə Ford Boyarda maraq göstərməyə başlayırlar. Bu zaman Fransanın Ticarət Palatası qalanın təmiri və bərpasını öz öhdəsinə götürür. Sonradan isə götürdüyü öhdəlikdən boyun qaçıraraq, təmir-bərpa işlərindən imtina edir. 1989-cu ildə Erik Ert yenə Fort Boyardı hərraca çıxarır və qalanı onu 1,5 milyon franka məşhur teleprodüser Jak Antuana alır. Jak Antuan özünün yeni şou-proqramı üçün bu qalanı alır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.