Danquşu (lat. Botaurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.

Cəld faktlar Elmi təsnifat, Beynəlxalq elmi adı ...
Danquşu
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Klad:
Phaethoquornithes
Klad:
Aequornithes
Yarımdəstə:
Ardei
Fəsilə:
Yarımfəsilə:
Cins:
Danquşu
Beynəlxalq elmi adı
Bağla

Bir növ (Botaurus stellaris Linn., 1758, Böyük danquşu), nominativ yarımnövlə təmsil olunmuşdur. Uzun, ağır dimdiyi, böyük başı və yoğun boynu olan iri quşdur. Rəngi kürən-qonurdur. Ayaqları və dimdiyi yaşılımtıl-sarıdır. Gecə quşu olub, gündüzlər qamışlıqda gizlənərək, demək olar ki, hərəkət etmir. Yalnız ayaq altından uçarkən gözə dəyir. Təhlükə zamanı boynunu və dimdiyini yuxarı uzadıb sıx qamış gövdələri arasında az qala görünməz olaraq gizlənməyə üstünlük verir. Arealı Avropa, Asiya və Şimal-Qərbi Afrikanı əhatə edir. Azərbaycanda qışlama dövründə müşahidə edilir. Sıx qamışlıq basmış göllərdə məskunlaşır. Bəzən yuvalama dövründə də rast gəlinir. Qış vaxtı adi olub, bəzi yerlərdə çoxsaylıdır. Qışlamağa gəlməsi avqustdan başlayır. Çox soyuq illərdə kütləvi tələf olması müşahidə edilir. Fevralın ikinci ongünlüyündən yaz uçuşu başlayır, apreldə sayı nəzərə çarpacaq dərəcədə artır. Balıqlar və başqa heyvanlarla qidalanır. Suyun kənarında hərəkətsiz vəziyyətdə "donmuş şəklində" dayanaraq öz ovunu güdür.

Növləri

Əlavə məlumat Şəkil, Elmi adı ...
Şəkil Elmi adı Geniş yayılmış adı Yayıldığı ərazilər
Botaurus lentiginosus American bittern ABŞ-nin Körfəz Sahili əyalətləri, bütün Florida Everqleydlər, Karib adaları və Mərkəzi Amerikanın bəzi hissələri.
Botaurus stellaris Eurasian bittern(ölkəmizdə Böyük danquşu olaraq bilinir) Avropa və Asiya Britaniya adaları, İsveç və Finlandiyadan şərqə doğru Sibirin şərqindəki Saxalin adasına və Yaponiyanın Hokkaydo adalarına qədər.
Botaurus pinnatus Pinnated bittern or South American bittern Meksikadan Argentinanın şimalına qədər, Qvatemala və Hondurasda çox az sayda qeydə alınıb.
Botaurus poiciloptilus Australasian bittern Avustralya, Tazmanya, Yeni Zelanda, Yeni Kaledonya ve Ouvea.
Bağla

Nəsli kəsilmiş növləri

  • Botaurus hibbardi

Təsnifatı

Azərbaycanda Danquşu cinsinə 1 növ daxildir:

İstinadlar

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.