BosVaş
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
BosVash (eyni zamanda BosNYVaş,[1] Boşinqton və ya Şimal-şərq meqapolisi) — ABŞ-nin şimal-şərq sahilindəki aqlomerasiya regionunu əhatə edən bir meqapolya. Meqapol, şimal-şərqdə Massaçusets ştatından Bostondan başlayır və cənub-şərqdə Vaşinqton şəhəri və Virciniyaya qədər uzanır.[2] Başda Boston, Nyu-York, Filadelfiya, Baltimor və Vaşinqton olmaqla böyük şəhərləri, aqlomerasiya regionlarını, şəhərətrafı zonalar və daha kiçik şəhər mərkəzlərini özündə birləşdirir.[3]
Fransız coğrafiyaşünası Can Qottmann, 1961-ci ildə yazdığı “Megalopolis: ABŞ-nin Urbanizə edilmiş Şimal-şərqi sahilboyu əraziləri” (Megalopolis: The Urbanized Northeastern Seaboard of the United States) əsəri ilə meqapol termini geniş yayılmışdır.[4]
BosVaş 2010-cu ildəki siyahıyaalma nəticələrinə görə 52.332,123 əhaliyə sahibdir və bu da ölkə əhalisinin 17% -ni əhatə edir.[5] BosVaşda Ağ ev, ABŞ Konqres Binası, Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı, Nyu-York Fond Birjasının, Beynəlxalq Valyuta Fondunun və bir çox iri transmilli şirkətin mənzil qərargahı yerləşir və ABŞ-nin ÜDM-nin 20%-ni təşkil edir.[6][7][8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.