Boru kəməri nəqliyyatı
From Wikipedia, the free encyclopedia
Boru kəməri nəqliyyatı — ilə məhlul və qaz kimi məhsullar nəql edilir (neft nəqli, neft məhsulu nəqli və qaz nəqli). Boru nəqlinin inkişafı birbaşa neft və qaz sənayesinin inkişafı ilə bağlıdır. Boru ilə neft və neft məhsulları nəqli tanker daşımaları ilə yanaşı bu məhsulların orta və uzaq məsafələrə daşınmasında əsas vasitə hesab edilir. Qaz sənayesinin və qaz nəqlinin inkişafı da elə həmin vəzifəni yerinə yetirməklə bu məhsulların çıxarılması ilə istehlakı arasındakı ərazini (məsafəni) yaxınlaşdırmış olur.