Bolqarıstan çarlığı
Tarixi Bolqar dövləti / From Wikipedia, the free encyclopedia
Bolqarıstan çarlığı,[3] həmçinin Bolqarıstan krallığı[4] və ya Üçüncü Bolqarıstan çarlığı (bolq. Царство България) — 1908-ci ildə müstəqillik elan edildikdən 1946-cı ildə monarxiyanın ləğvinə qədər mövcud olan Bolqarıstan dövləti. Dövlət Bolqarıstan knyazlığının varisi olaraq yaradılmışdı. Krallıq konstitusiyalı monarxiya idi (1879-cu il Tırnovo konstitusiyası, düzəlişlərlə). Dövlət başçısı çar adlanırdı (Qərb tarixşünaslığında bu titul həm də “kral” kimi qeyd olunur).[5] Ölkədə hökmranlıq edən sülalə Saks-Koburq-Qota olub. Çarın az yaşlı olması və ya fəaliyyət qabiliyyətini itirməsi halında kollektiv regentlik nəzərdə tutulurdu.[6]
Konstitusiya monarxiya | |||||
Bolqarıstan çarlığı | |||||
---|---|---|---|---|---|
bolq. Царство България | |||||
|
|||||
|
|||||
Paytaxt | Sofiya | ||||
Ən böyük şəhər | Sofiya | ||||
Dilləri | bolqar dili | ||||
Rəsmi dilləri | bolqar[1] | ||||
Dövlət dini | xristianlıq[2] | ||||
Valyuta | Bolqarıstan levi | ||||
Ərazisi |
|
||||
Əhalisi | bolqarlar | ||||
İdarəetmə forması | monarxiya | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Kral ailəsinin qurucusu Ferdinand Müstəqillik Bəyannaməsində əsasən Balkan yarımadası bölgəsindəki bütün torpaqlarda yaşayan etnik bolqarların başçısı elan olunmuşdu. Bəyannaməyə görə kral bu torpaqları (Bolqarıstandan alınmış torpaqlar, xüsusilə Makedoniya) geri qaytarmaq öhdəliyinə malik idi.[7] Bu səbəbdən dövlət demək olar ki, bütün mövcudluğu boyu müharibə şəraitində oldu. Buna görə ona “Balkan Prussiyası” ləqəbi verilmişdi.
Bir neçə il ərzində Bolqarıstan 5 milyona yaxın əhalisindən 1 milyondan çox ordunu səfərbər etmiş və 1910-cu illərdə üç müharibədə - Birinci və İkinci Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdi. Birinci Dünya müharibəsindən sonra Bolqarıstan ordusu darmadağın edildi və müttəfiq dövlətlər tərəfindən mövcudluğu qadağan olundu. Bolqar torpaqlarının milli birləşməsi ilə bağlı bütün planlar bununla iflasa uğradı.
İyirmi ildən az bir müddət sonra Bolqarıstan İkinci Dünya müharibəsinə Berlin-Roma-Tokio oxu dövlətlərinin tərəfində daxil oldu. 1944-cü ilin sentyabrında Müttəfiqlərin tərəfinə keçənə qədər yenidən uduzan tərəfi tutdu. 1946-cı ildə monarxiya ləğv edildi, onun sonuncu çarı sürgünə göndərildi və Krallığın yerinə Bolqarıstan Xalq Respublikası yaradıldı.