vaxtı ilə Osmanlı Dövlətinin işğalında olmuş Bolqarıstanda yaşayan Türk icması From Wikipedia, the free encyclopedia
Bolqarıstan Türkləri — vaxtı ilə Osmanlı Dövlətinin bölgələrindən biri olmuş Bolqarıstanda tarixən yaşayan Türk icması. (bolq. Български турци; türk. Bulgaristan Türkleri) — Bolqarıstanda bolqar xalqından sonra sayca ikinci etnik, dil və dini qrup. Ölkədəki axırıncı, 2001-ci il siyahıyaalma nəticələrinə görə 746.664 nəfərdirlər ki, əhalinin 9,4 % təşkil edir. Dini etiqadına görə Anadoludakı olduğu kumu islam dininin sünni və ələvi təriqətlərindədirlər.
Bolqarıstan Türkləri | |
---|---|
ümumi təxmin |
+1,000,000 |
Əhəmiyyətli sayda yaşadığı bölgələr | Bolqarıstan 588,318 (2011) Türkiyə 326,000–480,817 |
Dil | Türk dili, Bolqar dili |
Din | islam,sünni və ələvi |
Yaxın etnik qruplar | Anadolu türkləri |
Kompakt şəklində ölkənin cənub-şərqində — Frakiya bögəsində yaşayırlar. Bəzi bögələrdə əhalinin əksəriyyətini təşkil edirlər, məsələn Kırcılıda onlar əhalinin 62 % — dirlər. Razqrad, Şumen, Silistra şəhərlərində də çoxdurlar.
Bolqarıstan Türkləri, Osmanlı dövründən əvvəl bölgəyə şimaldan gələn Qıpçaq, Peçenek və Proto-Bolqar xalqları ilə yenə Osmanlı dövründən əvvəl Xorasan və Azərbaycandan gələn Oğuz xalqlarının qaynaşması ilə formalaşmağa başlamış, Osmanlı dövründə də Yörük və Türkmen boylarının qatılmasıyla bugünkü halını almışdır. Tərkibində bir çox Türk xalqının olmasına qarşı yenə də Oğuzlar ən basqın ünsürü meydana gətirməkdədirlər.
326,000–480,817 nəfər (Türkiyə)[1][2]
10,000–30,000 nəfər (Hollandiya)[3][4]
2,000–10,000 nəfər (Şimali Kipr)[5][6]
2,620 nəfər (Belçika)[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.