Bolqarıstan Avroviziya Mahnı Müsabiqəsində
From Wikipedia, the free encyclopedia
Bolqarıstan Avroviziya Mahnı Müsabiqəsinə 2005-ci ildə qoşulmuş və ümumilikdə 12 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt qalib olmamışdır və ən yaxşı nəticələri 2017-ci ildə Kristian Kostovun Kiyev səhnəsində ifa etdiyi "Beautiful Mess" mahnısı ilə əldə etdikləri 2-ci yer olmuşdur.
Cəld faktlar
Bağla
Bolqarıstan Avroviziyadakı 12 iştirakından doqquzunda müsabiqənin final mərhələsinə yüksələ bilməmişdir. 2014 və 2015-ci illərdə Bolqarıstan müsabiqədə əldə edilən məyusedici nəticələr və eyni zamanda maliyyə problemləri səbəbi ilə Avroviziyada iştirakdan imtina etmiş və 2016-cı ildə müsabiqəyə geri dönmüş və Poli Genovanın təmsilində finalda dördüncü yerə layiq görülmüşdür.