Bolşevizm
inqilabçı marksist ideologiya / From Wikipedia, the free encyclopedia
Bolşevizm və ya bolşevikçilik — "əksəriyyətdən yana" mənasını verən rusca siyasi termini ifadə edən siyasi ideologiya.
1903-cü ildə təşkil edilən Rusiya Sosial Demokrat Fəhlə Partiyasının İkinci Konqresində Vladimir Lenin və Yuli Martov arasında yeni qurulmaqda olan partiyanın üzvlük tərifi üzərində başlayan fikir ayrılığı nəticəsində fraksiyalara bölünmədən sonra tərəflərdən Lenin tərəfdarı qrup. Qurultayda Lenin tərəfdarları çox olduğu üçün rusca əksəriyyət mənasını verən "Bolşevik" olaraq, azlıqdakı Martov tərəfdarları isə "Menşevik" olaraq adlandırıldı. Qurultaydan sonra iki fraksya arasında birləşmə cəhdləri olsa da birləşmə reallaşmadı və 1912-ci ildə qəti ayrı-seçkilik yaşandı. Bolşeviklər Oktyabr inqilabı ilə iqtidarı ələ aldılar və SSRİ-ni təsis etdilər.