From Wikipedia, the free encyclopedia
Bizim müasir qadınlar qısametrajlı sənədli televiziya filmi rejissor Ramiz Həsənoğlu tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film Azərbaycan qadınlarına həsr olunmuşdur.
Bizim müasir qadınlar | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissor | Ramiz Həsənoğlu |
Ssenari müəllifi | Elçin Əfəndiyev |
Operator | Çingiz Rəhimov |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 1976 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Ölkə | Azərbaycan SSR |
İl | 1976 |
Texniki məlumatlar |
2 hissə 405 metr |
Film Azərbaycan qadınlarına həsr olunmuşdur. Serebrovski Adına NQÇİ-nin operatoru Sara Vəzirova, elektromontajçı Pakizə Qasımova, Sosialist Əməyi Qəhrəmanı, pambıqçı Sürəyya Kərimova, Sosialist Əməyi Qəhrəmanı, tütünçü Zalxa Həsənova, gəncəli toxucu Rimma Quliyeva, heykəltaraş Elmira Hüseynova, şair Nigar Rəfibəyli, təyyarəçi Züleyxa Seyidməmmədova, pedaqoq, xoreoqrafiya məktəbinin müəlliməsi Mərziyə İbrahimova filmin qəhrəmanlarıdırlar. Burada söhbət heykəltaraş Elmira Hüseynovanın adından aparılır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.