Bizans-ərəb müharibələri (VII–XI əsrlər) — Yaxın Şərqdə, Aralıq dənizində və Cənubi Qafqaz uğrunda Xilafətin Bizansla müharibəsi. Cihad və islamın yayılması adı ilə Əbu Bəkrin dövründə Aralıq dənizinin şərq sahilindəki işğallardan başlamışdır.
Bizans - Xilafət müharibələri | |||
---|---|---|---|
Müsəlman fəthləri | |||
Tarix | 629 - 1050 | ||
Yeri | Levant, Suriya, Misir, Şimali Afrika, Anadolu, Siciliya, Cənubi İtaliya | ||
Nəticəsi | Levant, Mesopotamiya, Şimali Afrika Xilafət tərəfindən işğal edildi, sonralar şimali Levant Bizans tərəfindən qaytarıldı. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Ərəblərin ilk uğurları. Konstantinopolun mühasirəsi (717-718)
633-cü ildə Vadi- Ərəbdə(Ölü dənizindən cənuba) ərəblər öz ilk böyük qələbələrini qazandılar. 7-ci əsrin ikinci yarısında Bizans bir sıra məğlubiyətlərdən sonra Suriyada, Fələstində, İraqda, Misirdə, Cənubi Qafqazda, qismən Şimali Afrikadakı mülklərini itirdi. 646-cı ildə Xilafət ordusu İsgəndəriyyəni, Kipr (648) və Rodos (654) adalarını birdəfəlik tutdu. 668-ci ildən hərbi əməliyatlar əsasən Kiçik Asiyada aparılırdı. 668–669,673–678, 716–717-ci illərdə donanmanın dəstəyilə ərəb qoşunları Konstantinopola qarşı bir neçə yürüş təşkil etdilər. Sonuncu yürüş vaxtı(717) Xilafətin ordusu və donanması məğlub oldu, bu Anadoludakı ərəb işğallarına son qoydu.
Bizanslıların fəallaşması
Sonrakı 20 il ərzində bu rayonda müharibə dəyişkən uğurla getdi. 739-cu ildə Bizans ordusu ərəbləri Akroin (indi Karahisar) şəhəri yanında darmadağın etdi, bundan sonra ərəblər Kiçik Asiyanın qərb hissəsindən təmizləndilər. 9-cu əsrin əvvəlində bizanslı qoşunlar Suriyadan Qafqazın cənub-qərbinə qədər aldılar. İmperiyanın şərqində qalalar sistemi yaradıldı ki ərəblər də öz növbəsində buna qarşı öz istehkamlar sistemini yaratdı. Bizanslıların ən vacib qalası Kilikiyadakı Tars qalası idi. Hərbi əməliyatlar demək olar ki hər il, əsasən qalalar xəttində aparılırdı.
Aralıq dənizindəki əməliyatlar
Aralıq dənizində ərəblər öz donanma üstünlüklərindən yararlanaraq 823-cü ildə Kriti, 858-ci ildəysə Maltanı aldılar. Siciliya adası uğrunda müharibə 50 ildən çox davam etdi, ərəblər onu 878-ci ildə aldılar. Siciliyanı özlərinə dayaq məntəqəsi edərək ərəblər buradan İtaliyanın əsasən Kalabriya və Apuliya sahillərinə basqınlar edirdilər. Krit adası isə ərəblərin Peloponnes və Egey dənizi adalarına olan basqınlarında dayaq məntəqəsi rolunu oynayırdı.
Nəticələr
Bizansdan hərbi-texniki cəhətdən bu qədər geri qalan Xilafətin hərbi uğurları, Bizansın Sasanilərlə müharibələrinin nəticəsi idi. Otə yandan Bizans əhalisinin ağır vəziyəti ərəblərin işinə yarayırdı. Xilafətin dağılması Bizansa 10-cu əsrin əvəlində öncə Suriyanın şimalını, ikinci yarısında isə Krit, Kipr və Rodos adalarını qaytarmağa imkan verdi. 11-ci əsrdə Bizanslıların Səlcuqlular kimi rəqibi ortaya çıxdığından ərəb- Bizans qarşıdurması öz kəskinliyini itirdi.
Mənbə
- Советская военная энциклопедия. Военное издательство Министерства обороны СССР. Москва-1976 год. Т.1
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.