Birminhem Universiteti[3] (ing. University of Birmingham) — İngiltərənin Birminhem şəhərində Vest-Midlends vilayətində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.

Thumb
Təsviri İncəsənət Bərbərlik İnstitutunun binası
Cəld faktlar Əsası qoyulub, Tip ...
Birminhem Universiteti
University of Birmingham
Thumb
Thumb
52°27′02″ şm. e. 1°55′50″ q. u.
Əsası qoyulub 1825 - Birminhem Tibb Məktəbi
1900 - universitet statusu almışdır
Tip Dövlət
Tələbə sayı 28,664[1]
Şəhər Birminhem şəhəri
Ölkə
Sayt bham.ac.uk
birmingham.ac.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Reytinqi

Böyük Britaniyanın "Times Higher Education Supplement — QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Birminhem Universiteti 100 ən yaxşı ali məktəb arasında 66-cı yerdə olmuşdur.

"Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Birminhem Universiteti 145-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 59-cu yerdə qərarlaşmışdır.

Məşhur məzunları

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

  • Manuçöhr Mirzə Fərman – İran şahzadəsi;
  • Seeiso Lesoto – Cənubi Afrika şahzadəsi;
  • Stenli Bolduin – Böyük Britaniyanın sabiq baş naziri;
  • Nevill Çemberlin – Böyük Britaniyanın sabiq baş naziri;
  • Qladston Perri Kristi – Bahama adalarının baş naziri;
  • Baronessa Amos – BMT-nin Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə koordinatoru;
  • Riçard Hu – Sinqapurun sabiq maliyyə naziri;
  • Henri Oriem Okello – Uqandanın xarici işlər naziri;
  • Baron Bxattaçaria – Lordlar Palatasının üzvü;
  • Frensis Vilyam Aston – kimya üzrə Nobel mükafatı laureatı;
  • Ser Norman Havort – kimya üzrə Nobel mükafatı laureatı;
  • Lord Robert Sesil – sülh üzrə Nobel mükafatı laureatı;
  • Piter Bullok – sülh üzrə Nobel mükafatı laureatı;
  • Piter Medouor – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
  • Moris Uilkins – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
  • Pol Nurs – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
  • Con Veyn – tibb üzrə Nobel mükafatı laureatı.

Mənbə

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.