From Wikipedia, the free encyclopedia
I sülalə — Qədim Misiri idarə edən ilk sülalə.
Qədim Misir tarixi |
Sülalə öncəsi dövr |
Tasi mədəniyyəti |
Badar mədəniyyəti |
Nakadi mədəniyyəti |
Amrat mədəniyyəti (I Nakad) Gerzey mədəniyyəti (II Nakad) |
Aşağı Misir |
Yuxarı Misir |
Sülalələr dövrü |
Erkən padşahlıq |
I sülalə • II sülalə |
Qədim padşahlıq |
III sülalə • IV sülalə V sülalə • VI sülalə |
Birinci aralıq dövr |
VII sülalə • VIII sülalə IX sülalə • X sülalə XI sülalə |
Orta padşahlıq |
XI sülalə • XII sülalə |
İkinci aralıq dövr |
XIII sülalə • XIV sülalə XV sülalə • XVI sülalə XVII sülalə |
Yeni padşahlıq |
XVIII sülalə XIX sülalə • XX sülalə |
Üçüncü aralıq dövr |
XXI sülalə XXII sülalə • XXIII sülalə XXIV sülalə • XXV sülalə XXVI sülalə |
Sonrakı dövr |
XXVIII sülalə XXIX sülalə • XXX sülalə |
Fars dövrü |
XXVII sülalə • XXXI sülalə |
Yunan-Roma dövrü |
Argeadlar • Ptolemeylər |
Yuxarı Misir nomu Narmer (Manefonun fikrincə onun adı Mina idi) Aşağı Misiri məğlub edərək Misiri vahid halda birləşdirir və adını tarixə birinci firon kimi yazdırmışdır[1]. Bu dövrdə padşahlığın mərkəzi Tinis şəhəri idi. I sülalənin dəqiq olaraq hansı dövrdə hakimiyyətdə olmasını dəqiq olaraq demək mümkün deyil. Güman edilir ki, bu sülalə XXXIV və XXX əsrlərdə hökmdarlıq edib. Radiokarbon üsulu ilə aparılan analizə əsasən I xanədanlığın hakimiyyət illəri təxminən e.ə. 3218–3035 illər kimi göstərirlir.
Təəssüf ki, bu dövrə aid yazılı abidələrin azlığından baş verən hadisələr yaxşı öyrənilməmişdir. Əsas məlumat mənbəyi "Narmer paleti" adlandırılan daş löhvədir. Ümumiyyətlə ilk sülalələrlə bağlı məlumatlar dəqiq deyildir və müəyyən mənada əfsanəvi xarakter daşıyır.
I sülalə üçün xarakterik olan hallardan biri fironun dəfnində qurban vermə adətinin geniş yayılması idi. Qurban həm insan, həm də heyvan ola bilərdi. Məsələn, firon Cerin məqbərəsində daha 338 insan qəbri aşkarlanmışdı. Bu hadisə Qədim Misir əhalisinin axirət haqqında fikirlərini öyrənməyə imkan verir.
Ad | Şəkil | Hakimiyyət illəri (təx.) |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.