![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d3/Original_Geneva_Conventions.jpg/640px-Original_Geneva_Conventions.jpg&w=640&q=50)
Birinci Cenevrə Konvensiyası
From Wikipedia, the free encyclopedia
Birinci Cenevrə Konvensiyası — Quruda döyüşən silahlı qüvvələrdəki yaralıların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı 22 avqust 1864-cü ildə qəbul edilmiş dörd Cenevrə Konvensiyasından birincisi.[1][2] Sənəd "silahlı münaqişələrin qurbanlarının müdafiəsi üçün beynəlxalq hüquq normalarının əsaslandığı baza müddəaları" müəyyən edir.[3]
Cəld faktlar İmzalanma tarixi, İmzalanma yeri ...
Birinci Cenevrə Konvensiyası | |
---|---|
ing. The First Geneva Convention, for the Amelioration of the Condition of the Wounded in Armies in the Field | |
![]() Silahlı qüvvələrin xəstə və yaralı üzvlərinin vəziyyətini tənzimləyən ilk Cenevrə Konvensiyası 1864-cü ilin avqustunda Cenevrədə imzalanmışdır. | |
İmzalanma tarixi | 22 avqust 1864 |
İmzalanma yeri | Cenevrə, İsveçrə |
Tərəflər | Siyahı |
Dili | çex dili |
Bağla
İlk saziş 1864-cü ildə qəbul edildikdən sonra 1906, 1929 və nəhayət 1949-cu ildə əhəmiyyətli dərəcədə yenidən işlənmiş və dəyişdirilmişdir. Sözügedən sənəd bu konvensiyaların maddələrinin həm formalaşmasında, həm də icrasında təşəbbüskar olan Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə ayrılmaz şəkildə bağlıdır.