Kokos yengəci; Hindqozu yengəci (lat. Birgus latro)Buğumayaqlılar tipinin, birgus cinsinə aid heyvan növü. Bu növə daxil olan canlıların yetkin fərdləri quru həyat tərzi keçirir. Kokos yengəcləri əsasən Sakit okeanın qərb hissəsinin və Hind okeanının tropik adalarında yayılmışdır. Onların əti qida kimi istifadə edilir.

Cəld faktlar Elmi təsnifat, Beynəlxalq elmi adı ...
Kokos yengəci
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{Birgus}}, taksonun sistematikasını təsvir etməlidir Birgus.
???:
Kokos yengəci
Beynəlxalq elmi adı
Bağla

Adı

Növ adı olan lat. latro «quldur» mənasını verir[1].

Bu buğumayaqlı canlı həm də "Palma oğrusu" adlandırılır. Səbəb isə onun keçmişdə kokosun içini yeməkdən ötrü palma ağacından hindqozunu kəsmək qabiliyyətinə olduğu düşünülürdü. Üstəlik onların kokosların qabıqlarını sındırmaları düşünülürdü. Əslində isə Palma oğrusu kokosu qıra bilməz. O sadəcə yerə düşərək qırılmış kokosları yeyə bilir.

Struktur və sistematik mövqe

Palma oğruları buğumayaqlılar tipinin ən nəhəng nümayəndələrindən biridir. Uzunluqları 40 sm, çəkiləri isə 4 kq çatır[2]. Ön ətrafında yerləşən bir çüt qısğac kiçik sümükləri belə sındıra bilir. Onların arxa ətrafları digərlərinə nisbətdə çox zəif inkişaf etmişdir. Bu isə onları yengəclərdən daha çox xərçənglərə bənzədir.

Güclü inkişaf etmiş ekosketel və qazlar mübadiləsini həyata keçirən orqan onların quru həyat tərzi keçirməsinə imkan verir. Ümumilikdə götürdükdə bu canlılarda qəlsəmə çox zəif inkişaf etmişdir.

Çoxalması və inkişafı

Çoxalma dönəmində dişilər dənizə köç edirlər və yumurtalarını buraya buraxırlar. Bu canlıların orta ömür müddəti kifayət qədər uzundur. Onlar 10 sm uzunluğa ancaq 5 yaşında çatırlar.

Qidalanması və həyat tərzi

Kokos yengəcləri hər şeylə qidalarırlar. Onların qidasının əsasını Kokos palması təşkil edir. Bununla belə onlar digər xərçəngkimilər və ölmüş canlılarla qidalana bilirlər[3]

Palma oğruları qumda dərin olmayan yuvalar qazırlar. Bu yuvaların içini isə kokosun üzərini əhatə edən liflərdən istifadə edərək düzəldirlər. Bəzən isə təbii sığınacaqlara üstünlük verirlər. Bu əsasən qayalarda olan çatlar oluir. Bu zamanda onun içərinini bitki materialları ilə nizamlayırlar. Bu isə yuvada pormal rütubəti qorumağa imkan verir. Bu canlılar sərbəst şəkildə ağaclara dırmana bilirlər. Yaxşı inkişaf etmiş bir qoxu hissi var[4].

2016-cı ildə bu canlıların quşları ovlaması qeydə alınmışdır. Ağaca dırmanan palma oğrusu Qırmızı ayaqlı sümsük quşuna hücum etmişdir.[5]

Fotoqalereya

Mənbə

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.