Binokulyar görmə (lat. bini - "iki" və lat. oculus - “ göz ”) — hər iki gözlə bir obyektin görüntüsünü eyni vaxtda aydın görmə qabiliyyəti; bu zaman insan baxdığı obyektin vahid görüntüsünü alır. Binokulyar görmə stereoskopik görmə də adlanır.

Thumb
Binokulyar görmə prinsipi

Binokulyar görmə, görmə analizatorunun kortikal hissəsində görmənin ən mürəkkəb fizioloji mexanizmi - fuziyadır ( lat. fusio‬ - birləşmə), yəni hər bir gözdə ayrı-ayrılıqda yaranan vizual təsvirlərin (monokulyar görüntü) vahid birləşmiş vizual qavrayışda birləşməsi.

Əgər binokulyar görmə inkişaf etməzsə, yalnız sağ və ya sol gözdə görmək mümkündür. Bu tip görmə monokulyar adlanır.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.