Bilbao
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Bilbao (Bask dilində: Bilbo) İspaniyanın Şimalındakı, Basklar ölkəsinin (País de Vasco/Euskadi) əhali etibariylə ən böyük şəhəri və Biskay vilayəti nin (Vizcaya/Bizkaia) mərkəzidir.
Şəhər | |||||
Bilbao | |||||
---|---|---|---|---|---|
Bilbo Bilbao | |||||
|
|||||
43°15′25″ şm. e. 2°55′25″ q. u.HGYO | |||||
Ölkə | İspaniya | ||||
Region | Basklar ölkəsi | ||||
Rayon | Biskaya | ||||
Daxili bölgüsü | 11 rayon | ||||
Alkayd | isp. Iñaki Azkuna | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1300 | ||||
Sahəsi | 41.3 km² | ||||
Mərkəzin hündürlüyü | 19 m | ||||
Saat qurşağı | UTC+1 | ||||
Əhalisi | |||||
Əhalisi | 353 200 nəfər (2005) | ||||
Sıxlığı | 8 615 nəf./km² | ||||
Etnoxronim | basklar | ||||
Rəsmi dili | |||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | (+34) 94 | ||||
Poçt indeksi | 48001-48015 | ||||
Nəqliyyat kodu | BI | ||||
Digər | |||||
bilbao.net (isp.) | |||||
Vikianbarda əlaqəli mediafayllar |
İspaniyanın şimalında şəhər. Əhalisi 352,3 min (2004; şəhərətrafı ilə 1,2 mln.-dan çox). Basklar Ölkəsi muxtar vilayətinin ən böyük şəhəri, Biskayya əyalətinin inz. m. Mühüm nəqliyat qovşağı. Nervyon çayının aşağı axınında, Atlantika okeanının Biskay körfəzindən 13,6 km aralı port (dəniz gəmiləri daxil olur; illik yük dövriyyəsi təqr. 8 mln. t-dur; əsasən, dəmir filizi, çuqun, şərab, konserv, maşın və avadanlıqlar ixrac, daş kömür, neft məhsulları, oduncaq idxal olunur). Sondika beynəlxalq aeroportu. Metro xətti Bilbaonu Plensiya turist şəhərciyi ilə əlaqələndirir. 1300 ildə salınmışdır. Orta əsrlərdə mühüm iqtisadi mərkəz (Flandriyaya dəmir filizi və yun ixracı) olmuşdur. 1511 ildə iqtisadi imtiyazlar almışdır. 18 əsrdə Amerikadakı İspaniya müstəmləkələri ilə ticarətdə mühüm rol oynamışdır. 1808–13 illərdə Napoleonun qoşunları tərəfindən işğal olunmuşdur. Karlist müharibələrinin gedişində dəfələrlə mühasirəyə alınmışdır. İspaniya inqilabı (1931–39) illərində baskların muxtar vil.-nin paytaxtı, respublikaçıların mühüm dayaq məntəqəsi olmuşdur (1936–39). İkinci dünya müharibəsindən sonra Franko rejiminə qarşı mübarizə mərkəzlərindən biri idi. Köhnə şəhərdə (çayın sağ sahilində) orta əsr planlaşdırılması, daş döşənmiş ensiz küçələr saxlanılmışdır. Qotik üslubda Santyaqo (təqr. 1380) və San-Anton (1433, memar Güyo de Boreqar) kilsələri, de-Beqonya bazilikası (16 əsr – 1620), Santos-Xuanes (17 əsr) kilsəsi və s. var. 1983 il daşqınından sonra şəhərin bu hissəsi əsaslı surətdə yenidən tikilmişdir. Şəhərin yeni, əsasən, sənaye müəssisələrinin yerləşdiyi müntəzəm planlı hissəsi 1870-ci illərdən sonra çayın sol sahilin də salınmışdır. 19 əsrin sonu – 20 əsrin əvvəllərində eklektizm və modern üslublu binalar inşa edilmişdir: Şura sarayı (1897–1900, memar L. Aladren), neoba rokko üslubunda Ratuşa (1890–92, memar X. Rukoba) və s. Metal ev (1986, memar S.S. Xironella), Kampo-Volantin körpüsü (1990–97) və Sondika aeroportu (hər ikisinin memarı S. Kalatravadır) 20 əsrin sonlarına aid tikililərdir. Şəhərin sağ və sol sahillərini birləşdirən çoxsaylı körpülər salınmışdır (o cümlədən dünyada ilk metal asma körpülərdən biri, 1893, memar A. de Palasio). Şəhərin əsasını qoymuş D. Lopes de Aroya (1889, heykəltaraş M. Benlyure-i-Hil), pedaqoq Q. Riveroya (1930, heykəl taraş M. de Uerta) abidələr qoyulmuş dur. Tibb akademiyası (1895), Bask dili akademiyası (1919), Deusto un-ti (1886), Texniki un-t (1942), Basklar ölkəsi un-ti (1968 ildə yaradılmış, 1980 ildə yenidən təşkil olunmuşdur). 10-dan artıq tədris akademiyası, o cümlədən da Vinçi akademiyası (1985). Muzeyləri: zərif sənətlər (1913), arxeologiya, etnoqrafiya və baskların tarixi (1921), diniin cəsənət, Venus qalereyası, S. Quqgenheym muzeyi (1994–97, memar F. Geri; 20 əsr sənətkarlarının əsərləri) və s. Bələdiyyə kitabxanası var. Teatrları: Arriaqa, Ayala, Koliseo Albia və s. Simfonik orkestr (1922 ildən), Konservatoriya (1919 ildən), Operanın dostları assosiasiyası (1953 ildən) fəaliyyət göstərir. Hər il beynəlxalq kukla teatrları, həmçinin sənədli və qısametrajlı filmlər festivalları keçirilir. Bilbao Madrid və Barselonadan sonra ölkənin üçüncü maliyyə-ticarət mərkəzi dir (iri banklar, beynəlxalq ticarət yarmar kaları, fond birjası), İspaniyanın şimalında əsas iqtisadi və mədəniyyət mərkəzidir. 19 əsrin 2-ci yarısından İspaniyanın mühüm ağır sənaye mərkəzi kimi inkişaf etmişdir. Aparıcı sahələr – qara və əlvan (mis əridilməsi) metallurgiya, maşınqayırma (əsasən, lokomotiv, d.y. avadanlıqları, elektrik sobaları, qazanlar, avtomobil və dəzgahqayırma; iri tərsanələr), neft emalı və kimya (azot gübrələri, plastik kütlə və s.). Şüşə, toxuculuq, ağac emalı, kağız, yeyinti (əsasən, balıqçılıq) sahələrinin müəssisələri fəaliyyət göstərir. İqtisadiyyatda turizmin əhəmiyyəti durmadan artır.
Aşağıdakı Əyalətlərini muxtar icma təşkil edir:
Bilbao şəhərinin bəzı İspainya şəhərləri ilə məsafəsi aşağdakı kimidir:
Bilbao şəhərinin bələdiyə nəznində əhali artımı aşağıdakı kimidir: 1.000 Adam
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.