Bilək-əldarağı oynaqları
From Wikipedia, the free encyclopedia
Bilək-əldarağı oynaqları (lat. articulationes carpometacarpeae) — ikinci sıra bilək sümükləri ilə beş daraq sümükləri əsaslarının birləşməsindən əmələ gəlmiş oynaqdır. Ancaq bunlardan baş barmağın bilək-əldarağı oynağı ayrıdır. Qalan dörd bilək-əldarağı oynaqlarının kapsulu və boşluğu ümumidir. Oynaqda iştirak edən sümüklərin oynaq səthləri qeyri-müntəzəm şəkildə olurlar, ancaq beşinci daraq sümüyünün əsası və qarmaqlı sümüyün distal səthi yəhərə bənzəyir. Oynaq kapsulu gərginləşmiş (V daraq sümüyü nahiyəsində azaddır) və lat. ligamenta caropometacarpea palmaria, dorsalia et interossea; ligamentametacarpea palmaria vasitəsilə möhkəmlənmişdir. Oynaq boşluğu biləkarası oynaqlarla daraq sümükləri əsasları arasında əmələgələn əldarağı oynaqlar — lat. articulationes intermetacarpae ilə birləşir. Bunlar yastı oynaqlardır. Bəzən başlı sümük ilə qarmaqlı sümükdən bir sümükarası bağ başlayaraq III, IV daraq sümükləri əsaslarına bağlanır. Bu halda həmin bağ boşluğu iki hissəyə ayrılır. II—V bilək-əldarağı oynaqları şəkil və vəzifə cəhətcə yastı oynaqlardan hesab olunur. Axırıncı V oynaq yəhərəbənzər oynağa oxşayır.
Bilək-əldarağı oynağı | |||
---|---|---|---|
| |||
Latınca | articulationes carpometacarpeae | ||
Sümükləri | Əldarağı sümükləri, bilək sümükləri | ||
Qrey | subyekt 88 330 | ||
Dorlands / Elsevier |
|||