From Wikipedia, the free encyclopedia
Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı hesab olunur. Beynəlxalq Ədalət Məhkəməsinin mənzil-qərargahı Niderlandın Haaqa şəhərində yerləşir. Ədalət məhkəməsi, Baş Assambleya və Təhlükəsizlik Şurasından seçilmiş 15 hakimdən ibarətdir. Hakimlər müxtəlif ölkələrdən seçilirlər və beləliklə də onlar, bununla dünyanın müxtəlif hüquq sistemlərinin nümayəndəsi olmaq xüsusiyyəti əldə edirlər.
Məhkəmənin yurisdiksiyasına beynəlxalq mübahisənin tərəfləri olan ölkələrin ona verdiyi işlər və BMT Nizamnaməsində və ya qüvvədə olan beynəlxalq müqavilələrdə xüsusi olaraq nəzərdə tutulmuş məsələlər daxildir. Beynəlxalq Ədalət Məhkəməsinin Nizamnaməsi BMT Nizamnaməsinin (BMT Əsasnaməsi) tərkib hissəsidir və Ədalət Məhkəməsinin iş prinsiplərini müəyyən edir.
Hal-hazırda məhkəmənin sədri Con Donoqyudur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.