From Wikipedia, the free encyclopedia
Beylli-Hamilton adası (ing. Baillie-Hamilton Island) — Kanada Arktik arxipelaqına daxildir. Adada hazırda yaşayış yoxdur (2012).
Beylli-Hamilton adası üç böyük ada ilə əhatə olunmuşdur — Baterst, Kornuollis və Devon. Beylli-Hamilton adasının qərbində, Kuins boyunca, Baterst adası; şimala və şərqə, Vellinqton boğazı boyunca Devon adası; cənubda, Mairi boğazı boyunca Kornuollis adası yerləşir. Adanın sahəsi 290 km², sahil xəttinin uzunluğu 74 km-dir[1].
Adanın demək olar ki, düzbucaqlı forması vardır. Uzunluğu 26 km, maksimum eni isə 12 km-dir. Sahil hündürlüyü 20 metrdən 100 metrə qədər olan qayalıqlardan ibarətdir. Adanın səthi əsasən düzdür, şimalda hündürlüyü 200 metrə qədər olan təpələr yayılmışdır[2].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.