Ben 10 (cizgi serialı, 2005)
From Wikipedia, the free encyclopedia
Ben 10[1] (həmçinin Ben 10 Classic kimi tanınır) — Man of Action (Dunkan Ruliu, Coy Kasey, Coy Kelli, və Stivn Siql) tərəfindən yaradılan və Cartoon Network Studios tərəfindən istehsal olunan amerikan cizgi serialıdır. Serial, "Omnitriks" adlı saata məxsus olan və bu saatla müxtəlif yadplanetlilərə çevrilə bilən Ben Tennizon adlı 10 yaşlı bir oğlan haqqındadır. Biləyinə bağlanmış bu saat tərzli cihaz ona müxtəlif yadplanetlilərə çevrilmək imkanı verir. O bu güclərdən Yerdə və Kosmosdakı düşmənləri ilə mübarizə aparmaq üçün istifadə edir. Serial ilk dəfə olaraq 27 dekabr 2005-ci ildə "Sneek Peek" həftəsinin bir hissəsi kimi Cartoon Network-də yayımlandı. Cizgi serialı daha sonra 14 yanvar 2006-cı ildə efirə başladı və 15 aprel 2008-ci ildə başa çatdı.
Ben 10 | |
---|---|
ing. Ben 10 ərəb. بن 10 | |
![]() | |
![]() | |
Janr |
Ekşn Macəra Fentezi Elmi-fantastika Qəhrəmanlıq |
Müəllif | Man of Action |
İstehsalçı | Cartoon Network Studios |
Səsləndirənlər |
Tara Stronq Miqn Smit Paul Eydinq Di Bredli Beykr Stivn Balm Riçard Stivn Horvitz Riçard MakKoneyql Fred Tataskior Cim Vard |
Bəstəkar | Endi Stömer |
İstehsalçı ölkə |
![]() |
Dil | İngilis dili |
Mövsüm sayı | 4 |
Buraxılış sayı | 52 |
İlk buraxılış | 27 dekabr 2005 |
Sonuncu buraxılış | 15 aprel 2008 |
İstehsal | |
Prodüser |
Kelli Kriyu (Mövsüm 1) Donna Smit (Mövsüm 2-4) Aleks Soto (nəzarətçi prodüser) Cennifer Pelfrey (Cartoon Network Studios-a nəzarət edən prodüser) |
İcraçı prodüser |
Breyn Miller Tremm Viqzel Sem Registr |
Çəkiliş yeri | Cartoon Network Studios |
Müddəti | 22 dəqiqə |
Veriliş | |
Kanal | Cartoon Network |
Təsvirin formatı |
480p (4:3 SD TV) 1080p (16:9 HD TV) |
Premyerası | 27 dekabr 2005 - 15 aprel 2008 |
Xronologiyası | |
Növbəti verilişlər | Ben 10: Yadplanetli Gücü (ing. Ben 10: Alien Force) |
Oxşar verilişlər | Ben 10 (cizgi serialı, 2016) |
ben10.net | |
![]() |
Serial tədricən populyarlaşdı və "Animasiyada Fərdi Müvəffəqiyyət"ə görə 2 Emmi Mükafatına layiq görüldü.