Belarusun dövlət quruluşu
From Wikipedia, the free encyclopedia
Belarus Respublikası — unitar dövlət. Konstitusiyası 15 martda 1994-cü ildə qəbul edilmişdir (2004-cü il redaksiyasında qüvvədədir). İdarəetmə forması prezident respublikasıdır.[1] Dövlət başçısı ümumi, bərabər, birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə 5 il müddətinə seçilən prezidentdir (bir dəfə yenidən seçilmək hüququ ilə; 2004-cü il referendumu hazırda fəaliyyət göstərən prezidentə üçüncü müddətə seçilmək hüququ vermişdir). Yaşı 35-dən aşağı olmayan, seçki gününədək Belarus ərazisində ən azı 10 il daimi yaşayan ölkə vətəndaşı prezident seçilə bilər. İlk prezident seçkiləri Belarus Respublikasında 10 iyun 1994-cü ildə keçirilmiş. Seçkilərdə Aleksandr Lukaşenko qalib gəlmiş. Lukaşenko həmçinin 2001, 2006, 2010 və 2015-ci ildə seçilən prezident seçkilərində də qalib gəlmiş.[2].
| |||
Himn: Belarus Dövlət Himni | |||
Rəsmi dil | Belarus dili | ||
Paytaxt | Minsk | ||
Prezident | Aleksandr Lukaşenko | ||
Baş Nazir | Andrey Vladimiroviç Kobyakov | ||
Ərazi - Ümumi - % Su | 86-cı yer 207,560 km² 0 % | ||
Əhali - Ümumi - Əhali sıxlığı | 92-ci yer 9 505 000 46/km² | ||
Müstəqillik günü | 25 avqust 1991 | ||
Pul | Belarus rublu (₽) (BYN) | ||
Saat qurşağı | UTC +3 | ||
Internet TLD | .бел .by | ||
Telefon kodu | 375 | ||
Ali qanunverici orqan ikipalatalı Milli məclisdir. 110 deputatdan ibarət Nümayəndələr palatası majoritar seçki sistemi ilə seçilir. Respublika Şurası dolayı seçkilərlə formalaşdırılır: 6 vilayətin hər birindən və Minsk şəhərindən yerli deputat şuraları tərəfindən 8 deputat seçilir; 8 deputatı prezident təyin edir. Milli məclisin səlahiyyət müddəti 4 ildir. Ali icraedici hakimiyyət orqanı Baş nazirin başçılıq etdiyi Nazirlər Şurasıdır; Baş naziri Nümayəndələr palatasının razılığı ilə prezident təyin edir. Hökumət prezidentin və parlamentin səlahiyyətlərinə daxil olan məsələlərdən başqa, dövlət idarəçiliyinə aid bütün məsələləri həll edir.
Belarusda çoxpartiyalı sistem mövcuddur; parlamentdə təmsil olunan siyasi partiyalar: Belarus kommunist partiyası, Aqrar partiya, Liberal demokrat partiyası; bundan əlavə, Belarus xalq cəbhəsi partiyası və başqaları da fəaliyyət göstərir.
Belarus Respublikası, konstitusiyaya görə — müstəqil, ayrı, sosial, demokratik, hüquqi və unitar dövlət. Dövlət başçısı prezidentdir. Ölkədə dövlət hakimiyyəti onun qanunvericilik, icra və məhkəməyə bölünməsi əsasında həyata keçirilir. İdarəetmə forması qarışıq respublika[3], prezident respublikası[4][5] kimi xarakterizə olunur.
Qanunlarda və konstitusiyada demokratiyanın bəyan edilməsinə baxmayaraq, demokratiya indeksini tərtib edən ekspertlərin fikrincə, respublikada praktiki olaraq sərt avtoritar rejim fəaliyyət göstərir.