Bel məbədi
From Wikipedia, the free encyclopedia
Bel məbədi— Qalıqları Suriyanın Palmira şəhərində yerləşən qədim məbəd. Məbədin əsası bizim eranın 32-ci ilində qoyulub. Bu məbəd dini mərkəz kimi formalaşan Palmirada ibadət yeri kimi günəş tanrısı Yarhibol, ay tanrısı Aqlibol ilə Sami tanrısı Belə həsr olunub.[1][2] Aeden Kremin hesab edir ki, Palmirada bu yer "ən yaxşı qorunub saxlanılan" məbəd qalıqlarındandır.[3]
Bel məbədi | |
---|---|
معبد بل | |
34°32′49″ şm. e. 38°16′26″ ş. u.HGYO | |
Ölkə | Suriya |
Şəhər | Palmira |
Yerləşir | Hims mühafazası |
Tikilmə tarixi | 32-ci il |
Sahəsi |
|
Material | daş[d] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
Məbəd təpənin üstündə tikilib. Ərazi sözügedən Ellinizm məbədi və Belin birinci məbədi olan keçmiş məbədlə Roma dövründən qabaq da işğal altında olub. Temenos (bayır divar)[4] və Propileinin sütünları ikinci əsrin birinci yarısında və birinci yarısından sonralar da tikilmişdir. Daxili kolonnadaların korinf sütünlarının əksəriyyəti hələ də havadarların heykəllərinin olduğu yerdə pyedestalda nümayiş olunur.[2] Məbəd Palmirada Böyük Kalonnadanın şərq qurtaracağı boyu bir cərgə boyu uzanır.
Memarlıq
Məbəd qədim Yaxın Şərq və Yunan-Roma memarlığının qeyri-adi sintezini özündə cəmləşdirib.[1] Məbəd portiklər ilə üzlənmiş böyük sərhədə malik ərazinin içərisində yerləşir. Bu məbəd düzbucaqlı formasındadır və şimaldan-cənuba doğru istiqamətlənib.[1] Bu məbədin əsasını propileium ilə 205 metr uzunluğunda sədd massivi ilə əhatələnmiş meydança təşkil edir. Meydançanın ortasındakı podiumda sella adlanan məbəd binası mövcuddur. Sella bütünlüklə Korinf sütunlarının prostili ilə örtülüb. Sellanı qeyri- adi edən Bel və digər yerli tanrıların məqbərəsi kimi təsis edilmiş şimal və cənub aditonlara – iki daxili ibadətgaha malik olmasıdır. Şimal ibadətgah dəvə və hicablı qadınların yürüşünün təsviri və Zodiakın on iki işarəsi ilə əhatə olunmuş və qədimdə məlum olan yeddi planetin barelyef təsvir olunduğu yer kimi tanınır.[5]
Meydançada nişalı binalar, yeməkxana, mehrab və ləyənin (tas) qalıqları var. Burada üç monumental giriş yolları var. Onlar 1132-ci ildə istehkam tikilərkən Ərəblər tərəfindən dəyişilib və məbəd məscidə çevrilib.[5]
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.