Bağ mövsümü (film, 1985)
From Wikipedia, the free encyclopedia
Bağ mövsümü tammetrajlı bədii filmi rejissor Tofiq Tağızadə tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Burada Bakı bağlarının birində baş verən ibrətamiz əhvalatdan, yüksək əxlaq normaları ilə yaşayan namuslu avtobus sürücüsü-Ağababa (Həsən Məmmədov) və onun böyük ailəsindən söhbət gedir. Əsas rolları Həsən Məmmədov, Zemfira Sadıqova, Səməndər Rzayev, Leyla Şıxlinskaya, Hacımurad Yegizarov, Nuriyyə Əhmədova, Ramiz Əzizbəyli, Yelena Seropova və Elxan Cəfərov ifa edirlər.
Cəld faktlar Bağ mövsümü, Janr ...
Bağ mövsümü | |
---|---|
Fayl:Bağ mövsümü (film, 1985).jpg | |
Janr | dram |
Rejissor | Tofiq Tağızadə |
Əsərin müəllifi | Elçin |
Ssenari müəllifi | Elçin |
Baş rollarda |
Həsən Məmmədov Zemfira Sadıqova Səməndər Rzayev Leyla Şıxlinskaya Hacımurad Yegizarov Nuriyyə Əhmədova Ramiz Əzizbəyli Yelena Seropova Elxan Cəfərov |
Operator | Elxan Əliyev |
Bəstəkar | Xəyyam Mirzəzadə |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 19 fevral 1986 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 77 dəqiqə |
Ölkələr | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1985 |
Texniki məlumatlar |
9 hissə 2258 metr genişekranlı "Svema" kinolenti (Şostka kimya kombinatı) |
Rəng | rəngli |
IMDb | ID0266440 |
Bağla